---
24 fevral 2017
3 345


ADPU-da “Mən Xocalıyam” adlı tədbir keçirilib

ADPU-da  “Mən Xocalıyam” adlı tədbir keçirilib

 

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş "Mən Xocalıyam” adlı tədbir keçirilib
 
Aztehsil.com xəbər verir ki, fevralın 23-də Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş "Mən Xocalıyam” adlı tədbir keçirilib. Tədbirdə fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva "Xocalı-qan yaddaşımız” mövzusunda məruzə ilə çıxış edərək Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan rəhbərliyinin, diplomat və ziyalıların, xaricdəki diaspor təşkilatlarımızın gördüyü işlərdən və xalqımızın, gənclərin bu sahədə qarşısında duran vəzifələrdən danışıb.
 

ADPU-da  “Mən Xocalıyam” adlı tədbir keçirilib

 

Tədbirdə dekan müavini, dosent Allahyar İmanov, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Müseyib İlyasov, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, Ümumi psixologiya kafedrasının dosenti Məhərrəm Əliyev, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Yeganə Məmmədova, IV tədris ili tələbəsi İnarə Babayeva və II tədris ili tələbəsi Aişə Qurbanova məzmunlu və əhatəli çıxışlar ediblər.
 

ADPU-da  “Mən Xocalıyam” adlı tədbir keçirilib

 

Sonra tədbir 4 nömrəli tədris binasının foyesində davam etdirilib, tələbələrin Xocalı soyqırımı ilə əlaqədar hazırladıqları və tərtib etdikləri divar qəzetlərinə baxılıb, "Mən-Xocalıyam” adlı videoçarx nümayiş etdirilib.
 

ADPU-da  “Mən Xocalıyam” adlı tədbir keçirilib

Məqalə Göndər








Загрузка...