Direktor
12 iyul 2016
28 860


OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

 

 OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

 

 Məktəb işçilərinin vəzifələrinə daxildir:
a) «Azərbaycan Respublikasının Təhsil Qanunu» nun tələblərinə riayət etməyə, namus və vicdanla işləməyə, ümumtəhsil məktəbinin Nizamnaməsinin, Daxili intizam qaydalarının tələblərinə ciddi əməl etməyə, həvalə olunmuş əmək funksiyalarını dəqiq yerinə yetirməyə;
b) məktəbdə müvafiq qaydalar əsasında əmək intizamına riayət etməyə, işə vaxtında gəlməyə, müəyyən olunmuş iş vaxtına əməl etməyə, üzərinə düşən vəzifəni yerinə yetirmək üçün iş vaxtından yaradıcı və səmərəli istifadə etməyə, müdiriyyətin sərəncamını vaxtında və dəqiq icra etməyə;
c) yerinə yetirdiyi işin keyfiyyətini yüksəltməyə, onun keyfiyyətinin aşağı düşməsinə yol verməməyə, icra intizamına ciddi riayət etməyə, əmək fəaliyyətində yüksək nəticələr əldə etmək üçün müntəzəm olaraq yaradıcı təşəbbüsdə olmağa;
ç) şagirdlərin həyat və sağlamlığının mühafizəsi üçün qayda və təlimatlarda nəzərdə tutulmuş təhlükəsizlik texnikası və əməyin mühafizəsi, istehsalat sanitariya və gigiyenası, yanğından mühafizə tələblərinə əməl etməyə, zəruri fərdi mühafizə vasitələrindən istifadə etməyə;
d) dövlətin təhsil siyasətini yerinə yetirməyə, tərbiyə və təhsil alanların dövlət standartları səviyyəsində mənimsəmələri üçün zəruri şərait yaratmağa;
e) uşaqlara qarşı diqqətli olmağa, onların ləyaqətinə, şərəfinə hörmət etməyə, şagirdlərin valideynləri və kollektiv üzvləri ilə nəzakətli olmağa;
ə) müntəzəm olaraq peşə-ixtisas səviyyəsini, praktik hazırlığını, pedaqoji ustalığını, ümumi mədəniyyətini yüksəltməyə;
f) yerində, məişətdə və ictimai yerlərdə yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik olmağa, əməyi və şəxsi nümunəsi ilə şagirdlərdə milli zəminə, ümumbəşəri sərvətlərə, həqiqətə, ədalətə, vətənpərvərliyə, humanizmə və digər keyfiyyətlərə hörmət və məhəbbət hissi aşılamağa. Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə dərin hörmət hissi yaratmağa; 
g) yerində səliqə-sahman yaratmağa, qiymətli əmlakın və sənədlərin qorunması qaydalarına riayət etməyə;
ğ) inventar və avadanlığı, tədris vasitələrini və s. qorumağa və möhkəmləndirməyə, istilik və elektrik enerjisindən qənaətlə istifadə etməyə, şagirdlərdə dövlət əmlakına qayğıkeş münasibət tərbiyə etməyə;
h) icbari-tibbi müayinələrin keçirilməsi haqqında təlimata uyğun olaraq müəyyən olunmuş müddətlərdə tibbi müayinədən keçməyə.
Pedaqoji işçilər dərslərin (məşğələlərin) aparılması, məktəbdə təşkil olunan sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi zamanı şagirdlərin həyatı və sağlamlığı üçün tam məsuliyyət daşıyır və onların zədələnmələri barədə bütün hallarda müdiriyyətə məlumat verməlidirlər.
 Məktəb direktorunun əmri ilə müəyyən edilmiş qaydada müəllimlərə tədris işindən əlavə sinif rəhbərliyi, tədris kabinetlərinin, tədris-təcrübə sahəsində işin aparılması, tədris emalatxanası ustası vəzifəsinin yerinə yetirilməsi, əmək təliminin, peşə oriyentasiyasının təşkili, həmçinin digər tədris-tərbiyə funksiyalarının yerinə yetirilməsi tapşırıla bilər.
 Pedaqoji işçilər (müəllimlər, tərbiyəçilər, uşaq birliyinin rəhbəri və s.) pedaqoji kadrların attestasiyası Əsasnaməsinə müvafiq olaraq attestasiyadan keçirilirlər. Attestasiyanın nəticələrinə görə onlara ixtisas kateqoriyaları və əmək haqqının ödəniş dərəcələri verilir. Attestasiya zamanı işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, onun peşə-ixtisas və praktiki hazırlıq səviyyəsi müəyyənləşdirilir. Qanunvericiliyə müvafiq olaraq attestasiya komissiyasının qərarı pedaqoji işçinin tutduğu vəzifədən azad olunması üçün əsasdır.
 Məktəbin işçiləri peşə vəzifələrinə görə Azərbaycan Respublikasının təhsil sistemində olan müəssisələrdə işçilərin peşə və vəzifələri siyahısına əsasən iki yerdə işləmək hüququna malikdirlər. Həmçinin əsas iş yerində xidmət sahəsinin genişlənməsinə və ya görülən işlərin həcminin artmasına görə onlara əlavə əmək haqqı müəyyənləşdirilir.
Məktəbə tibb xidmətini yerli səhiyyə müəssisələri göstərir. Tibb işçilərinin vəzifələri müvafiq təlimat və əsasnamələrlə müəyyənləşdirilir.
 Pedaqoji işçilərin, təlim-tərbiyə və tədris-yardımçı heyətinin yerinə yetirdiyi vəzifə (iş) dairəsi məktəbin nizamnaməsi, daxili intizam qaydaları, qulluqçu vəzifələrinin ixtisas məlumat kitabları, iş və peşələrinə dair Vahid Taarif İxtisas kitabları, ümumtəhsil məktəblərinin Əsasnaməsi, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş vəzifə təlimatı və əsasnamələri ilə müəyyən edilir.

 Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqıRespublika Komitəsi tərəfindən «30» iyun 2010-cu il tarixində təsdiq edilmişdir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Məktəb rəhbərlərinin əsas vəzifələri

Məktəb rəhbərlərinin əsas vəzifələri

Əmək intizamını pozmağa görə məsuliyyət

Əmək intizamını pozmağa görə məsuliyyət

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı