Direktor
12 sentyabr 2016
6 134


MƏKTƏB DİREKTORUNUN ŞƏXSİYYƏTİNƏ VERİLƏN TƏLƏBLƏR

    MƏKTƏB DİREKTORUNUN ŞƏXSİYYƏTİNƏ  VERİLƏN TƏLƏBLƏR
Cəmiyyətimizin inkişaf  istiqamətlərinə uyğun olaraq, idarəetmənin əsaslı surətdə yeniləşdirmək
zəruriyyətinin meydana çıxdığı indiki şəraitdə rəhbər işçiyə verilən tələblər yeni keyfiyyət göstəriciləri ilə səciyyələnir. Həmin tələblər idarə olunan sahənin xüsusiyyətlərindən asılı olaraq spesifik mahiyyət kəsb etsə də, xalq təsərrüfatının bütün sahələrində rəhbərlik üçün ümumi olan cəhətlərə də malikdir. Adamlarla işləməyi bacarmaq, xüsusi idarəetmə bilik və bacarığına yiyələnmək, kollektivdə yaxşı psixoloji iqlim, yoldaşcasına işgüzarlıq şəraiti yaratmaq idarəetmə elminin əsaslarını öyrənmək, idarə olunan sahəni dərindən bilmək, kütlələri idarəetməyə cəlb etmək kimi keyfiyyətlər bu gün böyük aktuallıq kəsb edir. Həmin keyfiyyətlər müasir məktəb rəhbərlərində də axtarılmalıdır. Göstərilən keyfiyyətləri məktəb direktoruna verilən tələblər kimi səciyyələndirmək olar. Əlbəttə, bütün bunlarla yanaşı məktəb direktoruna verilən bir sıra digər tələblər də mövcuddur ki, onlar barəsində geniş söhbət açmaq mümkündür.
  Məktəb direktoru ümumi səviyyə etibarilə tabeliyində olan işçilərdən yüksəkdə durmağa
çalışmalıdır. «Ümumi səviyyə» geniş anlayışdır. Buraya şəxsin ümumi dünyagörüşü, intellektual mədəni səviyyəsi, davranışı, hərəkətləri, rəftarı, danıĢığı, fakt və hadisələrə reaksiyası, onlardan baş çıxara bilməsi və s. daxildir. Birinci növbədə, direktor minlərlə müxtəlif yaĢ dərəcəli rəngarəng psixoloji xüsusiyyətlərə malik uşaq gözləri qarşısında hərəkət edən müəllim olduğunu bir an da olsa unutmamalıdır. Bu baxımdan o, müəllimə, tərbiyəçiyə, pedaqoqa verilən tələblərə tam və hər dəqiqə riayət etməyə borcludur. Axı uşaq nəzəri hər cür mənfi halları, davranışdakı naqislikləri daha tez sezir. Ona görə də direktor, ilk növbədə, özünün bütövlükdə «uşaq güzgüsündə tam mütənasib görünməsini» təmin etməli, geyimi, yerişi, hərəkəti, davranışı, danışığı, intonasiyası
ilə nümunə olmağa çalışmalıdır. O, təkcə məktəbli üçün deyil, müəllim və tərbiyəçi üçün, müxtəlif səviyyəli valideynlər, tədris-yardımçı heyət və texniki işçilər üçün də nümunə olmalıdır.
Məlumdur ki, hər bir pedaqoji kollektivdə müxtəlif ixtisaslar üzrə çoxlu müəllim çalışır. Onların
əksəriyyəti öz bilik səviyyələrinə görə yüksək ixtisaslı mütəxəssis olub, öz ixtisasını ona rəhbərlik edən başqa ixtisas sahiblərindən daha yaxşı bilir. Bu mənada məktəb direktorunun ayrı-ayrı fənn müəllimlərinin ixtisas üzrə bilik səviyyəsindən yüksəkdə durmağa çalışması o qədər də real deyildir. Bu baxımdan məktəb direktorunun öz ixtisasını dərindən bilməsi, tədris etdiyi fənnin metodikası sahəsindəki yenilikləri müntəzəm olaraq izləməsi, həmin fənn müəllimləri arasında qabaqcıllar arasında dura bilməsi kifayətdir. Lakin onun ümumi dünyagörüşü, mədəni səviyyəsi etibarilə bütün müəllimlərdən üstün olmağa səy göstərməsinə ehtiyac vardır.
Məktəb direktoru hər gün dərin biliyə malik müəllimlər qarşısında hesabat verəcəyini unutmamalıdır.Onun mənəvi haqqı yoxdur ki, hər hansı müəllimin bu və ya digər beynəlxalq məsələ, elmi-texniki yenilik haqqında və ya pedaqoji problemlərə dair suallarını cavabsız qoysun. Birinci sinif müəllimi uşaqların ona yağdırdıqları sualların hamısına cavab verməyə çalışdığı kimi, direktor da ona müraciət edənlərin bütün sualları ətrafında fikir söyləmək imkanına malik olmalıdır. Təəssüf ki, məktəblərimizdə elə məktəb rəhbərləri tapılır ki, müəllimlərlə elmi mübahisələrə girişməkdən qorxur, çox vaxt müəllimlər arasında gedən sual-cavablarda iştirak etməkdən qaçır. Bəzən elə hallar olur ki, müəllimin haqqında məlumat verdiyi yeniliklərin dərc olunduğu qəzet və ya jurnalların adını məktəb direktoru ilk dəfə eşidir.
Bir sıra məktəb direktorları «sadəlik» pərdəsi altında gizlənərək çox səliqəsiz geyinir. Məktəbdə onu texniki işçidən və ya hər hansı kənar şəxsdən fərqləndirmək olmur. ixtisasartırma kurslarına gələn yüzlərlə məktəb direktorları arasında elələri olur ki, onların geyiminə və davranışına görə ziyalıya oxşada bilmirsən. Bu baxımdan məktəb direktoru öz geyim səliqəsinə ciddi fikir verməli, ütüsüz şalvar, düyməsiz köynək, palçıqlı ayaqqabı, kobud şəkildə dolanmış qalstuk, qırxılmamış üz, daranmamış saç və s. ilə uşaq və müəllim qarşısına çıxıb özünü gülüş hədəfinə çevirməməlidir.
Hələ də şagirdlərin gözü qarşısında texniki işçinin, şagirdin, hətta müəllimin üstünə qışqıran, siniflərdə dərs getdiyi halda dəhlizlərdə səsini yüksəldən, iclaslarda hədə-qorxu ilə ucadan «nitq söyləyən» direktorlara təsadüf edilir. Əlbəttə, bu ondan irəli gəlir ki, rəhbər tabeliyində olan işçinin rəğbətini, inamını qazana bilməmiş, verdiyi göstəriş və təkliflərin düzgünlüyü və səmərəliliyinə inam oyada bilməmişdir. Onun ümumi səviyyəsi qarşısındakı müsahibinin səviyyəsindən yüksəkdə deyildir. Yuxarıdakıları ümumiləşdirərək deyə bilərik ki, «ümumi səviyyə» etibarilə tabeliyində olan iĢçilərdən yüksəkdə durmaq üçün məktəb direktoru:
– Yüksək ideyalı, iradsız, saf mənəviyyatlı, siyasi cəhətdən hazırlıqlı, ölkədə və beynəlxalq aləmdəki
hadisələrdən baş çıxarmağı bacaran, rəhbər dövlət sənədlərini müntəzəm olaraq izləyən, şəxsi həyatında təmiz adam olmalı;
– idarəetmə səri ştəliliyi kəsb etməli, tabeliyində olan işçilərin hər birinə göstəriş, təklif və məsləhət verə bilmək səviyyəsində durmağı bacarmalıdır.
Məktəb direktoru adamları tanımağı, onlarla işləməyi, hər kəslə psixoloji kontakta girməyi
bacarmalıdır. Hər bir əmək kollektivində öz bilik səviyyəsi, ümumi dünyagörüşü, intellektual mədəni səviyyəsi, xarakteri və s. etibarilə müxtəlif səviyyəli adamlar əlbir fəaliyyət göstərir.  

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər ..

İdarəedicilər Oxuyun !!! Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər...

İdarəedicilər Oxuyun !!! Məktəb direktorunun şəxsiyyətinə verilən tələblər...

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktoru namizədlərinə sertifikatlar təqdim olundu

Məktəb direktoru namizədlərinə sertifikatlar təqdim olundu

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Məktəbdə işləyən MÜƏLLİMİN  Əmək funksiyası

Məktəbdə işləyən MÜƏLLİMİN Əmək funksiyası

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

MÜƏLLİMLƏR OXUYUN !  Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİMLƏR OXUYUN ! Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....