H/N sənədlər
18 may 2016
3 690


Əmək mübahisələrinin anlayışı, növləri və səbəbləri

Əmək mübahisələrinin anlayışı, növləri və səbəbləri Əmək mübahisələrinin anlayışı, növləri və səbəbləri
 Əmək fəaliyyətinin həyata keçirilməsi prosesində işçilərin və işəgötürənlərin mənafelərinin üst-üstə düşməməsi, bir çox hallarda isə bir – birinə zidd olması çox vaxt onlar arasında münaqişələrin yaranmasına gətirib çıxarır. Belə münaqişələr işçilərlə işəgötürənlər arasında bilavasitə danışıqlar yolu ilə tənzimlənmədikdə həm ayrıca bir işçinin, həm də bütün əmək kollektivinin (və ya onun bir hissəsinin) mənafeləri ilə bağlı olan əmək mübahisələrinə çevrilir.
Qeyd edək ki, hər hansı fikir ayrılığı deyil, yalnız tərəflərin bilavasitə danışıqlar yolu ilə tənzimləyə bilmədikləri və bunun nəticəsində onlara baxılmaq üçün müəyyən səlahiyyətlərə malik müvafiq orqanın baxışına verilmiş fikir ayrılıqları əmək mübahisələri kimi qəbul edilməlidir. Əmək mübahisələrinin yaranma mərhələləri aşağıdakı kimidir:
əmək hüquq pozuntusu;
onun əmək hüquq münasibətlərinin subyektləri tərəfindən müxtəlif cür qiymətləndirilməsi(fikir ayrlığı);
tərəflərin bu fikir yrılıqlarını birbaşa danışıqlar yolu ilə həll etməyə cəhd göstərməsi;
fikir ayrılığı danışıqlar yolu ilə tənzimlənə bilmədikdə onun həlli üçün səlahiyyətli orqana müraciət etmək.
Əmək mübahisələrinin növlərinə gəldikdə isə onu demək olar ki, bu mübahisələri müxtəlif meyarlara görə müxtəlif cür təsnifləşdirmək olar. Məsələn, mübahisə edən subyektlərə görə; mübahisənin xarakterinə görə; mübahisənin obyektinə görə və s. Bütün əmək mübahisələri obyektinə görə pul tələbləri və müəyyən hərəkətlərin yerinə yetirilməsi tələbi ilə bağlı olan mübahisələrə ayrılır. Mübahisələrin xarakterinə görə isə bütün əmək mübahisələri iki yerə ayrılır:        
1) iddia xarakterli mübahisələr;
2) qeyri-iddia xarakterli mübahisələr.
Əmək mübahisələrini mübahisə edən subyektlərə görə fərdi əmək mübahisələrinə və kollektiv əmək mübahisələrinə ayırmaq olar.


 
Məqalə Göndər








Загрузка...