H/N sənədlər
18 may 2016
9 902


Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmriXüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri aşağıda göstərilən xüsusi hallar haqqında dərhal telefonla, sonradan isə yazılı formada Azərbaycan Respublikasının Təhsil Nazirliyinə  məlumat verilməsini təmin etsinlər:
- təbii fəlakət, yanğın, digər fövqəladə hadisələr;
- təhsil işçiləri tərəfindən cinayət hadisələrinin törədilməsi, o cümlədən korrupsiya hüquq pozuntularına yol verilməsi və ya təhsil müəssisəsində (onun ərazisində) törədilmiş cinayət hadisələri;
- hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi, təhsil müəssisəsinə aid sənədlərin tələb olunması və ya götürülməsi;
- elektrik, istilik, su və qaz təchizatının dayandırılması və digər hallar nəticəsində normal fəaliyyətin pozulması;
- şagird və tələbələrin kütləvi zəhərlənməsi, epidemiya xarakteri alan xəstəliklər;
- təhsil müəssisəsinin ərazisində təhsilalanların və təhsil işçilərinin xəsarət alması;
- təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına cəhdlər;
- inzibati binaya, əsas vəsaitlərə, kitabxana fonduna ziyan dəyməsi, dövlət nümunəli və sair əhəmiyyətli sənədlərin, möhür və ştampların itirilməsi və ya oğurlanması;
- təhsil müəssisəsinin normal fəaliyyətinin pozulmasına səbəb olmuş hər hansı digər hadisələr.
Xüsusi hallar barədə məlumatlar Nazirliyin İnformasiya şöbəsinə (həftənin iş günləri 9:00-dan 18:00-dək Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti - 146 telefon nömrəsinə,  qeyri-iş  vaxtları isə (050) 3613298 və ya (051) 7601270 telefon nömrələrinə) verilsin.Məlumatda hadisənin baş vermə (törədilmə) yeri, vaxtı, nəticələri, əgər məlumdursa səbəbləri, həmçinin həyata keçirilən təxirəsalınmaz tədbirlər qeyd edilsin.
Məqalə Göndər








Загрузка...