H/N sənədlər
18 sentyabr 2016
7 241


Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

 

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə
1. Ümumi müddəalar 
1.1. Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə yaradılır.
1.2. Psixoloji-tibbi-pedaqoji komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarını, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Təhsil Nazirliyinin əmr, qərar və sərəncamlarını, bu Əsasnaməni və digər normativ-hüquqi aktları rəhbər tutur.
2. Psixoloji-tibbi-pedaqoji komissiyanın təşkili 
2.1. Rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaları Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələri ilə razılaşdırılmaqla Təhsil Nazirliyinin yerli şöbələrinin (idarələrinin) əmri ilə, Respublika psixoloji-tibbi-pedaqoji komissiyası isə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla Təhsil Nazirliyinin əmri ilə yaradılır.
2.2. Psixoloji-tibbi-pedaqoji komissiyanın tərkibi Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
2.3. Psixoloji-tibbi-pedaqoji komissiyanın fəaliyyətinə rəhbərlik və nəzarət müvafiq olaraq Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və onların yerli orqanları tərəfindən aparılır.
2.4. Komissiyanın səmərəli fəaliyyəti üçün Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdehlik daşıyırlar.
2.5. Psixoloji-tibbi-pedaqoji komissiya uşaqların hərtərəfli müayinəsi üçün əlverişli şəraiti olan xüsusi təhsil müəssisəsində fəaliyyət göstərir.
2.6. Psixoloji-tibbi-pedaqoji komissiya müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə daimi fəaliyyət göstərir. Zəruri halda əlavə olaraq səyyar komissiya keçirilə bilər. İş vaxtı 6 saat həcmində, iş rejimi saat 10-dan 16-dək müəyyənləşdirilir.
2.7. Komissiyanın iclasları vaxtaşırı keçirilir və protokollaşdırılır. Komissiyanın qərarı yekun rəy hesab olunur.
Komissiya üzvlərinin çoxu iştirak etdikdə, komissiyanın iclasları səlahiyyətli sayılır. Komissiyanın qərarları açıq səsvermə yolu ilə və səsvermədə iştirak edən komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir.
2.8. Respublika psixoloji-tibbi-pedaqoji komissiyası rayon (şəhər) psixoloji-tibbi-pedaqoji komissiyasının hesabatını dinləyir, fəaliyyətini qiymətləndirir.
2.9. Psixoloji-tibbi-pedaqoji komissiya ilə sağlamlıq imkanları məhdud uşaqların valideynləri və ya digər qanuni nümayəndələri arasında yaranmış mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll olunur.
2.10. Psixoloji-tibbi-pedaqoji komissiyada çalışan şəxslərin (dövlət qulluqçuları istisna olmaqla) əsas iş yerindəki əmək haqlarına «Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq 50 faiz əlavə edilir.
3. Psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifələri 
Psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifələri aşağıdakılardır:
3.1. uşaqların erkən, habelə sonrakı yaş hədlərində Psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək;
3.2. sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edilməsi barədə qərar qəbul etmək;
3.3. sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xüsusi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;
3.4. fərdi təlim planına dair tövsiyələr vermək;
3.5. sağlamlıq imkanları məhdud uşaqlar üçün təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək;
3.6. sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə məsləhətlər vermək;
3.7. sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilinin təşkili, onların və valideynlərinin və ya digər qanuni nümayəndələrinin hüquqları ilə bağlı məsələlərə dair pedaqoji, tibbi və sosial işçilərə tövsiyə və məsləhətlər vermək;
3.8. sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumat bankını təşkil etmək və məlumatları Təhsil Nazirliyinə və Səhiyyə Nazirliyinə təqdim etmək;
3.9. xüsusi təhsil alma formalarını müəyyənləşdirmək;
3.10. şagirdlərin sinifdən-sinifə keçmə və buraxılış imtahanlarından azad edilməsi üçün qərar qəbul etmək;
3.11. fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanların pulsuz psixoloji-tibbi-pedaqoji korreksiyasının aparılması üçün rəy vermək;
3.12. ciddi tərbiyəyə ehtiyacı olan, 11 yaşından 14 yaşına qədər sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil müəssisəsinə göndərilməsi üçün rəy vermək;
3.13. psixoloji-tibbi-pedaqoji komissiyanın üzvləri qərar qəbul etmək üçün rəyin məxfiliyini saxlamağa və aşkarlamamağa borcludurlar. Bu rəydəki məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada aşkarlana bilər;
3.14. xüsusi təhsil almaq hüququ psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən verilən sənədlə təsdiq olunur;
3.15. psixoloji-tibbi-pedaqoji komissiya verdiyi sənəddə məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır;
3.16 psixi inkişafın ağır ləngiməsi, debillik və imbesillik arasındakı yaxınlıq vəziyyəti hallarında əqli geriliyin dərəcəsinin dəqiq diaqnozu yalnız təlim-tərbiyə prosesində təyin oluna bilərsə, diaqnozun dəqiqləşdirilməsi məqsədilə uşaq bir ildən artıq olmayaraq xüsusi təhsil məktəbinə göndərilir. Bu müddət qurtardıqdan sonra uşağın təhsilini davam etdirməli olduğu təhsil müəssisəsinin tipini müəyyən etmək üçün o, təkrar olaraq psixoloji-tibbi-pedaqoji komissiyaya göndərilir;
3.17. psixoloji-tibbi-pedaqoji komissiya qeydiyyat jurnalı aparır. Həmin jurnalda uşağın soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşadığı ünvan, həkimin diaqnozu və uşağın hansı tipli müəssisəyə göndərilməsi qeyd olunur.
4. Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə 
4.1. Müayinə ediləcək hər bir uşaq üçün aşağıdakı sənədlər tələb olunur:
sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin ərizəsi; 
doğum haqqında şəhadətnamə; 
baş həkim tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış, yaxud xəstəlik tarixçəsindən çıxarış (1-ci siniflərə qəbul zamanı və münaqişəli məsələlər olduqda uşağın dəyişmə vərəqəsi tələb olunur); 
pedaqoji xasiyyətnamə (nə vaxtdan bu məktəbdə oxuyur, bilik səviyyəsi, oxumağa həvəsi, qavrama qabiliyyəti və s.); 
qiymət cədvəli; 
yaşayış yerindən arayış. 
4.2. Hər bir uşağın müayinəsi üçün 10-20 dəqiqə vaxt ayrılmalıdır.
4.3. Baş həkim tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış və qiymət cədvəlinin surəti psixoloji-tibbi-pedaqoji komissiyada saxlanılır.
4.4. Psixoloji-tibbi-pedaqoji komissiyada müayinə pulsuzdur.
4.5. Müayinə valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə səhiyyə, sosial müdafiə müəssisələrinin və yerli icra hakimiyyəti orqanlarının təşəbbüsü ilə aparılır.
4.6. Valideynlərin və ya digər qanuni nümayəndələrin razılığı ilə yaşayış yeri məlum olmayan, sağlamlıq imkanı məhdud uşaqlar nizamnamələrinə əsasən uşaqların hüquqlarını müdafiə edən ictimai birliklərin təşəbbüsü ilə psixoloji-tibbi-pedaqoji komissiyada müayinədən keçirilirlər.
4.7. Valideynlər və ya digər qanuni nümayəndələr razılıq vermədikdə, psixoloji-tibbi-pedaqoji komissiyada müayinə məhkəmənin qərarı ilə aparılır. Uşaqların müayinəsi zamanı valideynlərin (yaxud digər qanuni nümayəndələrin) iştirakı zəruridir.
4.8. Müayinədən keçirilmiş uşağa təlim-tərbiyə aldığı (alacağı) və yaxud müalicə olunacağı müəssisəyə göndəriş komissiyanın qərarına əsasən verilir.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

"Məktəb Parlamenti” nin    Əsasnaməsi  ( lahiyə )

"Məktəb Parlamenti” nin Əsasnaməsi ( lahiyə )

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Pedaqoji  fəalliyətin köməyi ilə....

Pedaqoji fəalliyətin köməyi ilə....