Kurikulum
23 may 2016
29 408


Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM

Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUMDərsin ümumi quruluşu
I mərhələ : Motivasiya, problemin qoyulması
•         Motivasiya - Psixoloji amil kimi  hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir.
•          Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıranamil kimi çıxış edir.
Motivasiyanın yaradılmasına təsir  edən amillər.
•         Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir , müəmmalıdır,gözlənilməzdir, marağı və müstəqil təfəkkürü  şövqləndirməyə qadirdir;
•         Materialın təqdim olunma üsulları və formaları:
•         Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;
•         Yaradıcılıq imkanı;
•         Müəllim tərəfindən düzgün fasilitasiya (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə)
•         Əvvəlki məsələlərdə vərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.
II mərhələ : Tədqiqatın aparılması
•         Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən,  habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmağa imkan yaradır.
•         Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır.
•         Tədqiqatın aparılması üzrə metodların (texnikaların) seçiminə,
•         İşin qrup şəklində və digər formada təşkili və aparılmasına,
•         Tədqiqatın aparılması qçün tapşırıqların və bilik mənbələrinin  seçilməsinə,
•         İş vərəqlərinin hazırlanmasına.
III mərhələ : İnformasiya mübadiləsi
•         Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
•          Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir.
•         Təqdimat bir növ yeni bilikləin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.
•         Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
IV mərhələ: İnformasiyanın müzakirəsi və təşkili
•         Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
•         Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına   və onların sistemləşdirilməsinə yönəldilir.
•         Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.
V mərhələ: Nəticə və ümumiləşdirmə
•         Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparır
•          Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə   və irəli sürülmüş fərziyyələrlə   müstəqil olaraq tutuşdurmalıdır.
•           Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.
VI mərhələ:  Yaradıcı tətbiqetmə
•         Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
•          Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
•         Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.

Ev tapşırıqları
•         ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır
•         ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri ( müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar, modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;
•         lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır;
•         şagirdlər yuixarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır.
VII mərhələ : Qiymətləndirmə və ya Refleksiya
•         Qiymətləndirmə- istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir.
•          Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.






Загрузка...