Kurikulum
24 may 2016
29 747


Motivasiya nədir? - KURİKULUM

                                                       Motivasiya nədir?

  •   Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən  vasitədir.
  •   Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
  • Motivasiyanın yaradılmasına təsir  edən amillər.
  •    Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir , müəmmalıdır,gözlənilməzdir, marağı və müstəqil təfəkkürü  şövqləndirməyə qadirdir;
  •    Materialın təqdim olunma üsulları və formaları:
  •    Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;
  •    Yaradıcılıq imkanı;
  •    Müəllim tərəfindən  bbələdçilik (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə)
  •    Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəs
  • Motivasiyanın yaradılması yolları       
Motivasiyanın yaradılmasının bütün mümkün yollarını 3 əsas qrupa bölmək olar:
1. Rəmzi  (simvolik) materialın şərhi (bu, rəsm, foto-şəkil, simvol, təranə (melodiya), ədəbi əsərdən parça,  əşya, rəvayət, tapmaca, qrafik, sxem və s. ola bilər). Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: "Bu nəyi bildirir? Bunun bizim  öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”)
2. Sual verməyə həvəsləndirmə. Təfəkkür prosesinin aktuallaşdıran sualların 3 növü mövcuddur:
Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar:
 ". . . haqqında biz nəyi bilirik və nəyi bilmirik? . . . haqqında daha nələri bilmək istərdik?” Sual vermə zamanı müəllim fasilitasiyanın köməyi ilə şagirdlərin təfəkkürünü lazımi məcraya yönəldir. Suallar verilib qurtardıqdan sonra onların arasından mövcud tədqiqata uyğun  olanlarını seçib ayırırlar.  Müəllimə yalnız bu qalır ki, tədqiqat sualını dəqiqləşdirmək üçün şagirdləri bu sualı daha dürüst ifadə etməyə yönəltsin.
Açıq suallar, yəni iki və daha çox cavab variantı olan suallardan istifadə olunur.
Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir («açar» sözlər: xassələr, xüsusiyyətlər, funksiya, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə , əlaqə, qarşılıqlı əlaqə, qüsur və üstünlük, struktur, qayda və s.).
3. Problemin müxtəlif yollarla həll edilməsi (məsələn, müxtəlif yollarla təsnif edilməsi,   məsələnin müxtəlif üsullarla uğurlu həlli, yaxud həlli imkanı, hansısa hadisənin bir neçə bərabərdəyərli səbəbinin olması). 






Загрузка...
Həmçinin oxuyun: