Kurikulum / İnnovasiyalar / Müəllim
30 oktyabr 2016
11 748


Dərsin mərhələləri - Tədqiqatın aparılması

Dərsin mərhələləri - Tədqiqatın aparılması

 


    Dərsin II mərhələsi olan tədqiqatın aparılması problemin həlli  üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkrib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə  kömək edə biləcək faktları tapmaq zəruriyyəti ortaya çıxarır. Şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə aparan özündə yeni informasiyanı və yeni suallar daşıyan  müxtəlif çalışmalar kömək etməlidir.

 Tədiqiqat  müxtəlif formalarda : bütün siniflə birgə kiçik qruplarla , cütlük şəklində və fərdi şəkildə aparıla bilər. Təlimin interaktiv xarakteri kiçik qruplarda və ya cütlük şəklində aparılan  işlərdə daha qabarıq formada təzahür  edir.  Apardığımız  müşahidələrə görə  fəal təlimdə qruplarla iş formasından daha geniş  istifadə edilir. Qrup işi -bir neçə şagirdin hər  hansı bir problemin həllinə yönəldilmiş birgə fəaliyyəti prosesidir. Bu, kiçik qrupda (3-6 nəfərdən ibarət) bir neçə şagirdin hansısa problemin həllinə yönəldilmiş birgə ,  uzlaşdırılmış fəaliyyətidir. Qrup şəklində təlim "müəllim-şagird” dialoqundan imtina edilməsini və  "müəllim-qrup-şagird” üçlüyünün qarşılıqlı münasibətlərinə keçməyi nəzərdə tutur.
 
Qrup işinin gedişində şagirdlərin birgə fəaliyyəti nəinki əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyi öyrədir, həm də: 

Hər bir şagirdin idrak prosesinə cəlb edilməsini təmin edir;
Hər bir uşağa  öz fikrini söyləmək  və başqalarını dinləmək imkanı verir;
Şagirdlərə problemin  həllində müxtəlif  baxışların , yanşma və metodların mövcudluğunu göstərir;
Öz imkanlarını və qrupun digər üzvlərinin imkanlarını dərk etməsi  və qiymətləndirilməsi  üçün əlverişli şərait yaradır.

    Buda hər bir şagirdin təlim prosesində öz bacarığını nümayiş etdirməsi , özünə inamın artması , özünü tam dəyərli şəxsiyyət kimi dərk etməsi  , problemin həlli üçün vacib olan fərdin və qrupun qarşılıqlı surətdə bir-birini tamamlaması prinsipinin mənimsəməsi hesabına hər bir uşağın müstəqil şəxsiyyət kimi inkişafını təmin edir.

Qrupla iş , eyni zamanda biliyi sərbəst əldə etmək bacarıqlarının inkişaf etməsi üçün şərait yaradır. Qrup işinin təşkilinin 3 variantını fərqləndirmək olar:

1.Bütün qruplar müxtəlf təlim  materialı əsasında tapşırılmış mövzu üzrəində işləyirlər.
2.Əgər material mühüm əhəmiyyət kəsb edirsə və ya qruplarda bölüşdürülməsi üçün kifayət qədər böyük deyilsə , onda bütün qruplar ondan eyni vaxtda bəhrələnirlər.
3.Qruplar ardıcıl surətdə bir-birlərini əvəzləməklə ilə eyni bir material əsasında işləyirlər.







Загрузка...