Kurikulum / İnnovasiyalar / Müəllim
30 oktyabr 2016
9 813


Qrup işi zamanı qarşıya çıxan çətinliklər və onlardan çıxış yolları

Qrup işi zamanı qarşıya çıxan çətinliklər və onlardan çıxış yolları

 Qrup işi zamanı müəllimlər əsasən aşağıdakı problemlərlə üzləşirlər:

Qruplara bölmə qaydalarını bilmir

Təşkilati proseslər vaxt itkisinə səbəb olur.

Səs-küyü aradan qaldırmaq mümkün olmur.

Bəzi uşaqlar digərləri ilə birlikdə  işləmək istəmirlər.

Sinfi təşkil edə bilmir

Qruplarda iş əməkdaşlıq əsasında aparılmır.

Şagirdlər işi düzgün istiqamətdə  aparmırlar

Şagirdlər işi əyləncə kimi  qavrayırlar

Kağızdan istfadədə israfçılığa yol verilir.

Bütün sinfi idarə etmək üçün diqqətini paylaşdıra bilmir.

 

Qrup işi zamanı qarşıya çıxan çətinliklər və onlardan çıxış yolları

 


Qrup işi zamanı şagirdlərin qarşılaşdığı problemlər:

Məqsədyönlü işləyə  bilmirlər , fikirləri dağılır

İşi qısa müddətdə həyata keçirə və vaxta qənaət edə bilmirlər.

Passiv olmağa  vərdiş edirlər

Həddindən artıq fəallıq göstərərək , digərinə fikir söyləməyə  imkan vermirlər.

Şagirdlər əməkdaşlıq edə bilmirlər

Bir-birini tənqid edirlər

Bir-birinə qulaq asmırlar

Uşaqlar müxtəlif qrup və rollarda iştirak etməyi bacarmır

 

 


Problemlərdən çıxış yolları aşağıdakılardır:

Müəllim uşaqlarla birlikdə qrupda işin qaydalarını hazırlayır

Qruplara bölünmək üçün müxtəlif əsaslar seçilir

Müəllim qrupları və uşaqlar tərəfindən yerinə yetirilən rolları dəyişir

Tapşırıqlar hazırlayərkən  uşaqların təfəkkür səviyyəsini nəzərə alır

Şagirdlərdən biri cavab verdikdə digərləri öz dəftərində onlarda yaranan sualları və əlavələri qeyd edirlər

Şagird-liderə əlavə mürəkkəb tapşırıq verir

Şagird-lider müəllimin köməkçisi kimi çıxış edir

Qrup işinin qiymətləndirilməsini sinif vasitəsi ilə həyata keçirir


Məqalə Göndər








Загрузка...