Xəbərlər
18 yanvar 2017
2403

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

 

Mənim hörmət bəslədiyim Aslan İsmayılov fikirlərinə birtərəfli yanaşdığına görə mənimlə əks mövqedə olduğunu bildirir. Mən korrupsiyaların və hər hansı neqativ halların yeni mərhələdə imkansız olacağını düşünürəm. Tədrislə məşğul olan müəllim kimi test imtahanı ilə ali məktəblərə qəbul olan tələbələrin yazı savadının azlığını, şifahi nitqinin zəifliyini və əhatəli biliyə malik olmadığını görürəm. Test imtahanı şagirdlərin sağlamlığına da, intellektual inkişafına da mənfi təsir göstərir. Bəllidir ki, məktəblərin çoxunda cədvəllə qurulan dərslər səthi keçilir, vaxt itirilir, şagirdlər yorulur və bundan sonra ikinci növbədə ciddi repetitorluq məşğələləri başlayır. Şagird evə gələrkən o qədər yorğun olur ki, yeməkdən də imtina edir (Mən faktlara söykənirəm). Əgər qəbulda test imtahanı olmasa və məktəblərdə tədrisin səviyyəsi normallaşsa, eyni zamanda, şagirdlər yazılı və şifahi imtahan verəcəklərini bilsələr, onlar mahiyyətə vararaq təfəkkürlərini inkişaf etdirərlər, yaddaşlarını yox. 

Ali məktəblərin birində birinci kurslarla keçirilmiş eksperiment test imtahanlarının mənfi nəticələrini üzə çıxarmışdır. Yəni onlar testlə imtahan verərkən yaddaşları hesabına yüksək qiymət almışlar, lakin həmin testlərdəki sualların yazılı və şifahi izahı tələb olunarkən, onlar lazımı nailiyyət qazana bilməmişlər. 

Düşünürəm: nə üçün biz neqativ hallar törədənləri sıradan çıxarmırıq, onların varlığı xatirinə faydalı işlərdən qaçırıq. Mən düşünürəm ki, hansı müəssisədəsə korrupsiya halı varsa o müəssisəni ləğv etmək yox, korrupsiyanı aradan qaldırmaq lazımdır. Eləcə də, imtahan prosesini insanın yüksəlməsi xatirinə təşkil etməliyik. 

Mən qəbul imtahanlarında yazılı imtahanın, şifahi imtahanın olması ilə yanaşı, üçüncü mərhələdə testdən də istifadə edilməsini bildirmişəm. Bunları tətbiq edərkən məsələyə mexaniki yanaşmadan yox, hüquqi, əxlaqi, mənəvi və pedaqoji baxımdan şəffaflığı təmin edən yanaşmaların olmasını nəzərdə tutmuşam. 

Test əgər qəbulda korrupsiyaya müəyyən dərəcədə yol verməyibsə, şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub. Bir çox qabaqcıl ölkələr qəbul imtahanlarında mənim təklif etdiyim yanaşmadan istifadə edirlər (Məsələn Estoniya və d.). 
O ki qaldı Aslan İsmayılovun "xalqın nəbzini yoxlamaq istəyirlər" ifadəsinə, bu fikrin test məsələsinə qətiyyən dəxli yoxdur. 
Gəlin, yaxşı işləri genişləndirək, korrupsiya və neqativ hallar törədənlərə qarşı mübarizəni gücləndirək, əgər onlar kiməsə bəllidirsə.
 
aztehsil.com






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

TEST Azərbaycan Respublikasında təhsilin hansı hansı formaları tətbiq edilir?

TEST Azərbaycan Respublikasında təhsilin hansı hansı formaları tətbiq edilir?

TEST  Ümumtəhsilin səviyyələri hansılardır?

TEST Ümumtəhsilin səviyyələri hansılardır?

TEST Evdə təhsil nə deməkdir? Evdə təhsil necə təşkil edilir?

TEST Evdə təhsil nə deməkdir? Evdə təhsil necə təşkil edilir?

TEST  Fərdi təhsil nə deməkdir?

TEST Fərdi təhsil nə deməkdir?

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

HƏMKARA DƏSTƏK kitabından testlər  I TEST

HƏMKARA DƏSTƏK kitabından testlər I TEST

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq  səviyyəsinin öyrənmə metodikası

Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq səviyyəsinin öyrənmə metodikası

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar