Xəbərlər
24 yanvar 2017
2 770

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.

Nadir İsrafilov: "Reytinqin yüksəldilməsi həmişə gündəmdə olan məsələlərdəndir” Məlahət Mürşüdlü: "Bu reytinqin müəyyən olunması alqışlanası addımdır, lazımi tədbirdir”

"Azərbaycanda ali məktəblərin reytinq və kateqoriyası müəyyənləşdiriləcək. Məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən xüsusi qayda hazırlanıb”. Bu sözləri nazirliyin  elm, ali və orta ixtisas təhsili şöbəsinin ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov məzunların məşğulluq imkanlarının artırılması məqsədilə keçirilən forumdakı çıxışında deyib. 
 
Sülhəddin Gözəlov bildirib ki, reytinq və kateqoriyalar müəyyənləşən zaman məzunların elmi tədqiqat və istehsalat əlaqələrinin yerinə yetirilməsi və işlə təmini əsas götürüləcək. Mütəxəssislərin fikrincə, ali məktəblərin reytinq və kateqoriyası müəyyənləşdirilməsi tədrisin keyfiyyəti, məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.
 
Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov bildirdi ki, bu günə qədər bizim problemlərdən biri də məhz reytinq məsələsi olub: "Ən çox müzakirə olunan, qınaq obyektinə tuş gələn məsələ reytinqlərdə aşağı yerləri tutmağımızdır. Odur ki, reytinqin yüksəldilməsi həmişə gündəmdə olan məsələlərdəndir. Lakin reytinqin yüksəldilməsi üçün orada bir çox şərtlər var. Yəni, bu, təkcə təhsilin göstəriciləri ilə bağlı deyil. 
 Gərək biz universitetlərin tələblərə cavab verməsi istiqamətində müəyyən işlər aparaq. Hansı ki, bu sahədə işlər həyata keçirilir. Hazırda isə çox az ali məktəblərimiz reytinqlərə düşə bilir. Odur ki, təhsilin keyfiyyətinin artırılması üçün əməli tədbirlər həyata keçirilməlidir. Şübhəsiz ki, belə bir reytinq yaradılacaqsa, bu, təhsilə öz müsbət təsirini göstərəcək. Eyni zamanda onun əsasnaməsi ilə dəqiq tanış olduqdan sonra konkret fikir bildirmək mümkündür”. 

Təhsil məsələləri üzrə digər ekspert Məlahət Mürşüdlü dünyanın bir çox ölkələrində ali məktəblərin qiymətləndirilməsinin, reytinqinin olduğunu bildirdi: "Azəraycanda da ayrı-ayrı ictimai təşkilatlar tərəfindən qiymətləndirmə işləri aparılıb. İndi isə məhz təhsil Nazirliyi tərəfindən bu reytinqin müəyyən olunması  alqışlanası addımdır, lazımi tədbirdir. Lakin qiymətləndirmənin əsasnaməsi, meyarları olmadan  qərar haqqında dəqiq fikir bildirmək çətindir. 
 
(movqe.az)
Məqalə Göndər

Загрузка...