Xəbərlər
25 yanvar 2017
3 188


"Tariximiz altıncıların gözü ilə" adlı bilik yarışması keçirilib

"Tariximiz altıncıların gözü ilə" adlı bilik yarışması keçirilib

 

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə altıncı siniflər arasında "Tariximiz altıncıların gözü ilə" adlı bilik yarışması keçirilib. Yarışmanın keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik tərbiyəsini inkişaf etdirmək, soy-kökünü tanıtmaq, tarixi olduğu kimi qiymətləndirmək bacarığını aşılamaqla yanaşı, şagirdlərin bu tədris ilində aldıqları bilikləri ortaya çıxartmaq və nümayiş etdirmək olub. Yarışmada münsiflər heyəti ilə yanaşı, valideynlər də iştirak ediblər. 
 

"Tariximiz altıncıların gözü ilə" adlı bilik yarışması keçirilib

 

12 altıncı sinif arasında keçirilmiş yarışda şagirdlər "Babək”, "Tomris”, "Xətai” kimi tarixi sərkərdələrin adları ilə bağlı komandalara bölünüblər. Hər komanda ev tapşırığı olaraq öz adı ilə bağlı divar qəzeti də hazırlayıb. Divar qəzetlərində hökmdarların şəkilləri və onların Azərbaycan tarixindəki rolundan bəhs edən məqalələr öz əksini tapıb. Yarışmadan əvvəl komandalar qəzetin təqdimatını ediblər, daha sonra isə bilik yarışına start verilib.

 

"Tariximiz altıncıların gözü ilə" adlı bilik yarışması keçirilib

 

aztehsil.com

Məqalə Göndər








Загрузка...