Xəbərlər
30 yanvar 2017
2 325


BMT təhsil və elm sahəsi üzrə Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb Böyüt

BMT təhsil və elm sahəsi üzrə Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb  Böyüt

 

Bu il BMT Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb. 
 
Aztehsil.com-un apa-ya istinadən verdiyi xəbərə görə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai bildirib ki, bu kampaniyaya elm və təhsil sahəsi də cəlb ediləcək. 
 
Onun sözlərinə görə, həyata keçirilən kampaniya təhsilin bütün səviyyəsində maarifləndirməyə öz töhfəsini verəcək: "Təhsilli analar gələcəkdə ailələrin arxasında duran əsas dayaq hesab olunur. Azərbaycanda təhsil qurumlarına yüksək dəstək göstərilir . BMT-nin inkişaf proqramı bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edir və burada keyfiyyətli təhsil əsas məqsədlərdən biridir. Təhsildə olan ziddiyyətlərin aradan qaldırılması məsələsinə gəldikdə, hesab edirik ki, heç kim təhsildən geri qalmamalıdır.  
 
Azərbaycanın bu sahədə göstərdiyi səylər nəticəsində böyük nailiyyətlər əldə edilib, uşaqların 95%-i təhsil alır. Məktəbə hazırlıq proqramları ilə bağlı mühüm işlər görülür. Bu da bizim tərəfimizdən dəstəklənir. Çünki bu işlər erkən təhsilin inkişafında mühüm addımlardandır. Biz təhsili əlilliyi olan uşaqlara əlçatan etməli, onların cəmiyyətə töhfə verməsinə çalışmalıyıq”. 
Məqalə Göndər








Загрузка...