Xəbərlər
31 yanvar 2017
3 833


"Yoxlama"nın rəsmi icazəsinin olmamasına ekspert rəyi-Nadir İsrafilov

"Yoxlama"nın rəsmi icazəsinin olmamasına ekspert rəyi-Nadir İsrafilov

 

Aztehsil.com xəbəb verir ki, Moderator.az saytında gedən "Yoxlama”nın Bakı Şəhəri üzrə Təhsil İdarəsindən icazəsi olmayıb - Rəsmi açıqlama” başlıqlı yazı ilə əlaqədar tanınmış təhsil eksperti Nadir İsrafilov öz "Feysbuk” profilində maraqlı fikirlərlər paylaşıb:
 
"Yoxlama”nın Bakı Şəhəri üzrə Təhsil İdarəsindən icazəsi olmayıb - Rəsmi açıqlama” başlıqlı yazılar yenidən gündəmi zəbt edib və çox ehtimal ki, bu qəbildən olan müzakirələr hələ bir müddət də səngiməsin. Bu da təbiidir, çünki günahkarın kimin olub-olmasından asılı olmayaraq ortalıqda ağrılı olay var. Bu məsələyə bir daha niyə qayıdıram? Rəsmi açıqlamalar operativlik və çevikliyin təmin edilməsi baxımından rəsmi qurumlar tərəfindən hər hansı bir məsələnin böyüyüb, ictimailəşməsinə və fərqli mövqelərin formalaşmasına qədər verilməlidir ki, cəmiyyət üzvləri arasında yanlış təsəvvürlər yaranmasın.
 
Halbuki, üstündən xeyli müddən keçdikdən sonra bəyan edilir ki, "Bakı şəhəri 171 nömrəli tam orta məktəbdə çəkiliş aparmaq məqsədilə "Yoxlama” verilişinin rəhbərliyi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə heç bir sorğu daxil olmamış, çəkiliş qrupunun məktəbə daxil olmasına və orada çəkiliş aparmasına müvafiq razılıq alınmamışdır.” Gəlin görək bu açıqlamaya qədərki qısa zaman kəsiyində nə qədər mübahisə xarakterli mövqelərin şahidi olduq, Mərhum direktora haqq qazandıranlarla yanaşı, jurnalistə bəraət verənlər da az olmadı, baxmayaraq ki, məktəb direktorunun mövqeyi onun vəzifə peşəkarlığından xəbər verirdi. Lakin peşəkarı hamı peşəkarcasına qiymətləndirə bilirmi?
 
 Baxmayaraq ki, bu kimi məsələlər Qanunvericilik aktları ilə tənzimlənir və ayrıca maddə ilə şərh olunur. "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən, sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi və ya sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı əldə etmək hüququna malikdir.” Lakin bununla belə təəssüf ki, Qanunun bu mühüm müddəasını nəinki orta statistikalı vətəndaş, hətta heç təhsil müəssisələrinə rəhbərlik edənlərin böyük əksəriyyəti belə bilmir.
 
Əgər bilsəydilər, deyək ki, digər bir məktəbdə analoji çəkilişə həvəslə razılıq verib, sözü gedən jurnalisti məmnunluq hissi ilə bütün məktəb boyu müşayət etməzdilər. Nəticə olaraq hansı məktəbinsə divarına "əla” qiymət yapışdırıb, digərinin əsəbləri ilə oynamazdılar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin geçikmiş açıqlamasını bir kənara qoysaq belə, açıq etiraf etməliyik ki, bir çox məktəb rəhbərlərinin təhsilin normativ-hüquqi bazası ilə əlaqədar aidiyyatı sənədlərdən xəbərləri belə yoxdur ki, bu da əlbəttə təəccüb və təəssüf hissi doğurmaya bilməz.
 
Necə ola bilər ki, böyük bir təhsil müəssisəsinə rəhbərlik edən hansısa məktəb direktorunun Təhsil naziri Mikayıl Cabarovun "Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması” barəsində 27 dekabr 2013-cü il tarixli, 937 saylı əmrindən xəbəri olmasın? Axı həmin əmrdə birmənalı şəkildə deyilir ki, "Təhsil Nazirliyinin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi informasiya vasitələri ilə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız Nazirliyin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilsin”. Yəni bu əmrə əsasən məktəb direktoru yalnız və yalnız Təhsil Nazirliyinin informasiya şöbəsinin razılığı ilə jurnalistləri məktəbə buraxa bilər. Digər tərəfdən belə bir anoloji əmr sabiq nazir Misir Mərdanovun dövründə də qüvvədə olub. Elə isə jurnalistə kimlərinsə bəraət qazandırması heç cür başa düşülən deyil.
 
Bu kimi faktların bir daha təkrarlanmaması üçün məktəb rəhbərlərinin təhsil qanunvericiliyi ilə bağlı maariflənməsinə, öz hüquq və vəzifələrini dərindən bilmələrinə böyük ehtiyac var. Əlbəttə, jurnalistin qeyri-peşəkar fəaliyyətinə də rəsmi mövqe açıqlamaqla.Yalnız bu yolla məktəbi hər cür kənar müdaxilələrdən qoruya bilərik..."
Məqalə Göndər








Загрузка...