Xəbərlər
31 yanvar 2017
3 171


Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

 

Növbəti tədris ilindən Bakı Mühəndislik Universitetinin pedaqoji ixtisaslarına qəbul dayandırılacaq
Növbəti tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində təhsil haqları ilə bağlı müvafiq qərar qəbul olunacaq.
Aztehsil.com-un məlumatına görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri  Sülhəddin Gözəlov APA-ya bildirib ki, Bakı Mühədnislik Universitetində təhsil haqlarının necə olacağı həm Qafqaz Universitetinin tələbələri, həm də valideynlərini müəyyən qədər narahat edən məsələlərdən biridir. Onun sözlərinə görə, ödəniş haqqı cari tədris ili üçün sabit olaraq qalacaq: "Amma növbəti tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində təhsil haqqı ilə bağlı müvafiq qərar qəbul olunacaq. Burada tələbələrin xeyrinə qərar veriləcək. Yeni yaradılan ali məktəbdə tələbələr digər dövlət ali təhsil müəssisələrində olduğu kimi həm ödənişli, həm də dövlət sifarişi ilə təhsil ala biləcəklər. Ancaq Bakı Mühəndislik Universitetində təhsil haqqı ilə bağlı məsələ növbəti tədris ilindən qəbul planı planlaşdırılanda öz həllini tapacaq”.
 
Nazirlik rəsmisi yeni yaradılan ali məktəbdə Qafqaz Universitetində olan bütün ixtisasların olub-olmayacağına da aydınlıq gətirib. S.Gözəlov vurğulayıb ki, dünya təcrübəsi və təhlillər göstərir ki, texniki yönümlü universitetlər geniş profilli ixtisaslar üzrə kadr hazırlayır, həm iqtisadiyyat-idarəetmə, həm müəllimlik, həm də humanitar sahələr üzrə kadr hazırlığı ilə məşğul olurlar: "Yəni, müəllimlik, iqtisadiyat-idarəetmə, texniki-texnoloji ixtisaslar üzrə təhsil alan tələbələrin bir ali məktəbdə oxuması təəccüblü görünməsin. Müəllimlik ixtisası üzrə təhsil alan tələbələr təhsillərini başa vurana qədər bu universitetdə tədrislərini davam etdirəcək. Əgər onlardan kimsə yay tətilindən sonra başqa bir dövlət universitetinə köçürülmək istəyəcəksə, o, transfer.edu.az saytına müraciət edərək ümumi qaydada digərinə köçürülə bilərlər. Amma düşünürəm ki, belə istəkdə olan tələbələrin sayı praktiki olaraq olmayacaq. Lakin növbəti tədris ilindən Bakı Mühəndislik Universitetinin müəllimlik, pedaqoji ixtisaslarına qəbul dayandırılacaq. Ali məktəbə yalnız texniki-texnoloji və iqtisadiyyat-idarəetmə ixtisasları üzrə tələbə qəbulu aparılacaq. Yalnız pedaqoji ixtisaslar üzrə qəbul nəzərdə tutulmayacaq”.
Məqalə Göndər








Загрузка...