Xəbərlər
02 fevral 2017
3 458


ADPU-da TGT üzvləri mükafatlandırılıb

ADPU-da TGT üzvləri mükafatlandırılıb

 

Fevral ayının 1-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının və Səbail Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin derutatı, professor Şəmsəddin Hacıyevin, Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Eldar Ağayevin, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlovun iştirakı ilə keçirilən tədbirdə rayonun ictimai həyatında fəal iştirak edən gənclər mükafatlandırılıblar. Qeyd edək ki, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Cavid Hüseynov, sədr müavinləri Məhəmməd İsrayılzadə, Mirzə Hacızadə, Aytac Fərzəliyeva və icraçı direktor Tərlan Musayeva rayonun ictimai həyatında fəal iştirak etdiklərinə görə fəxri fərmanla təltif olunublar.
 
aztehsil.com






Загрузка...