Xəbərlər
03 fevral 2017
4 034


Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbdə qeydə alınan bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb. Aztehsil.com xəbər verir ki, Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbin həyətində bu gün dərs başlamamışdan əvvəl (saat 8 radələrində) IX sinif şagirdi Nemət Musayev onunla eyni sinifdə oxuyan Elturan Əmənova bıçaqla xəsarət yetirib.
 
Məktəbdən təcili tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.
 
Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.
Məqalə Göndər








Загрузка...