Xəbərlər
03 fevral 2017
11 895


Rayon Maliyyə Hesablama mərkəzləri özbaşınalığında, Təhsil Nazirliyi verdiyi tapşırığı təkzib edir

Rayon Maliyyə Hesablama mərkəzləri özbaşınalığında, Təhsil Nazirliyi verdiyi tapşırığı təkzib edir

 

Aztehsil.com-a Biləsuvar müəllimlərindən müraciət daxil olub. Müraciətdə Təhsil Nazirliyinə tabe olan Ərazi Maliyyə Hesablama mərkəzində baş verən özbaşınalıqlardan söz açılır. Belə ki, adı çəkilən qurumun əməkdaşları təhsil şöbəsi və məktəblərdən siyahı yığırlar.  Səbəb isə 2011-ci ildən bu yana kim imtahan verməyərək işə qəbul olubsa onalr yaydan işdən azad olunaraq imtahana göndəriləcəklər. 5 ildən artı işləyən müəllim daimi müddətsiz sayılır və əgər səhv varsa günahkar təhsil şöbəsidir. Müraciət edən müəllimlərin dediyinə görə Təhsil Nazirliyinə problemlə bağlı zəng vurublar və baş verənlərin yalan olduğu, rəsmi olmadığını eşidiblər. Ancaq rayon ərazisində özbaşınalıqdır, nazirliyin dediyi ilə heçnə üst-üstə düşmür. Heç kimi saymırlar, əmək məcəlləsi kobudcasına pozulur. Saytımıza edilən müraciətdə deyilir ki, belə hal digər rayonlarda da var. Özbaşınalığı nazirlik yəkzib etsə də hesablama mərkəzinin işçiləri əmrin nazirlik tərəfindən verildiyini deyir. Biləsuvar müəllimləri müraciətdə qeyd edir ki, bizdə hələ siyahıya qol çəkdirməsələr də Salyanda artıq qol çəkilib. Həmçinin müəllimlər Sabirabad rayonunda vəziyyətin daha çətin olduğunu deyirlər. Onların sözlərinə görə, Sabirabad rayonunda müəllimləri məcbur edərək qol çəkdirirlər ki, müqaviləni müddətli edirik. Saytımıza müraciət edən müəllimlər xahiş edərək Təhsil Nazirliyindən dəqiq cavab və problemlərinin həllinə bir əncam istəyirlər.
 
P.S
Redaksiyamıza daxil olan məlumatlara görə belə özbaşınalıqlar əksər rayonlarda hökm sürür. Müəllimlərdən hansı rayonlarda bu tip qanunsuzluqlara rast gələrlərsə bizə mürasiət etmələri xahiş olunur. İstənilən mövqeni işıqlandırmağa hazırıq.
Məqalə Göndər








Загрузка...