Xəbərlər
08 fevral 2017
2 866


ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

 

ADAU ilə sıx əməkdaşlıq əlaqələri olan universitetlərdən biri Sloveniyanın Nova Gorica Universitetidir. Avropa İttifaqının ERASMUS+ programı çərçivəsində ADAU-nin bir magistrantı qeyd olunan universitetdə təhsilini başa vurub. Hazırda bir doktorant təhsil alır, yaxın günlərdə daha 3 tələbənin göndərilməsi də nəzərdə tutulub.
 
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, Universitetlərarası əlaqələrin genişləndirilməsi məqsədilə, ERASMUS+layihəsi çərçivəsində təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov hazırda Sloveniyada səfərdədir. Anar Hətəmov səfəri çərçivəsində Nova Gorica Universitetinin rektoru, professor, doktor. Danilo Zavrtanik ilə görüşüb, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun salamlarını çatdırıb, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib. Müzakirədə univesitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə müəllim və tələbə mübadiləsinin artırılması, birgə və ikili diplomlu təhsil proqramlarının həyata keçirilməsi, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məsələləri müzakirə olunmuşdur.
Məqalə Göndər








Загрузка...