Xəbərlər
13 fevral 2017
3 998


ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti buraxılış siniflərinin (yalnız XI sinif) şagirdləri üçün 2017-ci ilin mart ayının 18-də keçiriləcək Riyaziyyat, Fizika, Kimya və İnformatika fənləri üzrə olimpiadiaya iştirakçıların qeydiyyatını davam etdirir.
 
Olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədi ilə keçirilir.
 

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

 

Azərbaycan və rus dillərində keçiriləcək olimpiadada hər şagird yalnız bir fənn üzrə iştirak edə bilər. Olimpiada yazılı formada aparılır.
 

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

 

Olimpiadada iştirak etmək üçün iştirakçılar asoiu.edu.az saytında olimpiada bölməsini seçir, özü haqqında məlumatları və seçdiyi fənni qeyd edir.
 

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

 

Olimpiadanın keçirilməsinə bir həftə qalmış iştirakçılar həmin sayta daxil olaraq öz kodlarına əsasən buraxılış vərəqi çap etməlidirlər. İştirakçılar binaya daxil olarkən şəxsiyyət vəsiqəsi, buraxılış vərəqi və uyğun qələmlərlə gəlməlidirlər. Olimpiadaya mobil telefonlar və digər vasitələrlə gəlmək qadağandır.
 

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

 

Məlumat üçün 4938340 nömrəli telefonla əlaqə saxlamaq olar.
 
istinad moderator.az
Məqalə Göndər








Загрузка...