Xəbərlər
14 fevral 2017
2 600


BANM-də EBSCO-nun növbəti təlimi keçirilib

BANM-də EBSCO-nun növbəti təlimi keçirilib

 

Bakı Ali Neft Məktəbində (BANM) "EBSCO Discovery Service (EDS): Tədqiqatların aparılması və təlim prosesində elmi məlumatın axtarılması xidməti” adlı növbəti təlim keçirilib.
 
Aztehsil.com-un məlumatına görə, BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Ali Məktəbin müəllimləri və II-III kurs tələbələri üçün təlimi "EBSCO Information Service” (Praqa, Çexiya Respublikası) şirkətinin MDB üzrə regional meneceri İrina Kreysarova və "SaaS Innovation Benelux” şirkətinin almandilli ölkələr (D-A-CH) və Şərqi Avropa üzrə direktoru Roman Piontek (Berlin, Almaniya) keçiblər.

 

BANM-də EBSCO-nun növbəti təlimi keçirilib

 

Elmar Qasımov dinamik inkişaf edən dünyada kitabxanaların daim öz fəaliyyətində yeniliklər etməsinin, innovativ fəaliyyət metodlarından istifadə etməsinin vacibliyini bildirib. O qeyd edib ki, təhsil sistemi həmişə dövrünün texnologiyalarından yararlanmağa çalışıb. Son zamanlar informasiya texnologiyalarının inkişafı və internetin yaranması tədris prosesində özündən qabaqkı texnologiyalardan fərqli olaraq görünməmiş imkanlar açır.
 
İrina Kreysarova vurğulayıb ki, bu axtarış xidməti dünya üzrə bütün tammətnli müəllif resurslarını birləşdirir. "Axtarış jurnal, kitab, həmçinin bütün nəşrlər üzrə aparılır. Dünyanın bütün nüfuzlu ali məktəbləri - Harvard Universiteti, Stenford Universiteti, Pensilvaniya Universiteti məhz bu servisdən elmi informasiya axtarışı üçün istifadə edirlər” – deyə o, bildirib.
 

BANM-də EBSCO-nun növbəti təlimi keçirilib

 

Roman Piontek qeyd edib ki, Discovery Service EBSCO axtarış servisinin bazasında 20 000 çox kontent-provayder, metodik materiallar üçün 50 000 jurnal, 6 milyon kitab, 100 milyondan çox qəzet məqalələri, 400 min konfrans materialları tapmaq olar.  
 

BANM-də EBSCO-nun növbəti təlimi keçirilib

 

Təlim çərçivəsində EDS bazasında tammətnli elektron resurslarından elmi-tədqiqat və tədris proseslərində istifadə üzrə praktik məşqlər keçirilib.
 

BANM-də EBSCO-nun növbəti təlimi keçirilib

 

Qeyd edək ki, EBSCO Information Services şirkəti EBSCO Industries Inc. bölməsi olub kitabxanalar üçün elektron resurslar təchiz edən aparıcı şirkətdir. EBSCO Discovery Service şirkətinin məhsulu dünyanın 8.600-dən artıq universitetində elmi-tədqiqat məqsədləri ilə istifadə olunur. BANM-də bu sistem 2015-ci ildən tətbiq olunur və Ali Məktəbin internet səhifəsi vasitəsi ilə istifadə oluna bilir.
Məqalə Göndər








Загрузка...