Xəbərlər
14 fevral 2017
2 920


İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov elmlər doktoru proqramı üzrə müvafiq ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb.
 
ADAU-nun mətbuat xidmətinin xəbərinə görə görüşdə deyilib ki, bu təhsil müəssisəsi ölkəmizdə aqrar sektor üçün yüksək ixtisaslı mütəxəssis hazırlayan yeganə ali təhsil ocağıdır.
 

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

 

Universitetdə bakalavr və magistr hazırlığı ilə yanaşı doktorantura və dissertantura yolu ilə də mütəxəssis hazırlığı həyata keçrilir. Görüş zamanı elmlər doktorluğu proqramı üzrə təhsil alanların dissertasiya işlərinin mövcud vəziyyəti, AAK-nın tələblərinə uyğun elmi əsərlərinin nəşri, beynəlxalq konfranslarda elmi çıxışlar və digər məsələlər barəsində geniş müzakirələr aparılıb.
 

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

 

Elmi işlər üzrə prorektor, professor əvəzi Nizami Seyidəliyev 58 nəfər doktorant haqqında ətraflı məlumat verib və deyib ki, bunlardan 25 nəfəri aqronomluq, 5 nəfəri baytarlıq təbabəti və zoomühəndislik, 12 nəfəri mühəndislik, 4 nəfəri elektroenergetika və informasiya texnologiyaları, 4 nəfəri aqrar istisadiyyat, 4 nəfəri aqrobiznes və idarəetmə və 4 nəfəri isə aqrotexnologiya istiqaməti üzrə təhsil alırlar.
 

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

 

Görüşdə o da deyilib ki, artıq doktorantlardan bir neçəsinin dissertasiya işi yekunlaşmaq üzrədir.
 
 

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

Məqalə Göndər








Загрузка...