Xəbərlər
14 fevral 2017
4 927


MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

 

Milli Məclisin bu gün keçirilən "Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. 
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, layihə barədə parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.
 
O qeyd edib ki, layihənin hazırlanmasında İsveç, Finlandiya, Ukrayna və digər ölkələrin təcrübəsindən istifadə olunub. 5 fəsil 24 maddədən ibarət layihədə məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyənləşib.
 

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

 

Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbə hazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. 
 

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

 

Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq.
 

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

 

Qanun layihəsinə əsasən, Azərbaycanda bütün məktəbəqədər təhsil müəssisələri üçün xüsusi razılıq (lisenziya) müddətsiz veriləcək. Məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası və attestasiyası da aparılacaq.
 

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

 

Layihədə o da bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə, onların lisenziyası ləğv edilir.
Layihə barədə müzakirələr yarımçıq kəsilərək növbəti iclasa qədər təxirə salınıb.
Məqalə Göndər








Загрузка...