Xəbərlər
15 fevral 2017
7 284


280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

 

"İl ərzində 2 dəfə tələbə olmaq istəyənlərə şans tanımaq müsbət addımdı. Xüsusən də abituryentlərin stressini azaltmaq baxımından faydası ola bilər".
 
Aztehsil.com koordinat.az-a istinadən xəbər verir ki, təhsil sahəsi üzrə sanballı tədqiqatların müəllifi olan iqtisadçı ekspert Rövşən Ağayev tələbə qəbulu qaydalarına son dəyişikliklərə münasibət bildirərkən belə deyib. Ekspert imtahanların ildə iki dəfə keçirilməsini müsbət dəyərləndirsə də, "ali təhsil alanların sayı artmalıdır" təklifinin bir "əmma"sı olduğunu düşünür: "Gerçəkdən Azərbaycan əhalinin hər 100 min nəfəri hesabı ali məktəb tələbələrinin sayına görə inkişaf etmiş ölkələrdən, eləcə də bir sıra keçid ölkələrindən 3-4 dəfə geri qalır. Amma say artımı onsuz da aşağı olan keyfiyyətin daha da pisləşməsi hesabına baş verməməlidir".
 

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

 

Rövşən Ağayev təklif edir ki, ali təhsil pilləsini keçid üçün hər bir ixtisas üzrə (qrup üzrə yox) minimal keçid ballarının müəyyən edilməsi çıxış yollarından biri ola bilər. Məsələn, maksimum balın (700 bal) 40 faizindən (280 bal) aşağı nəticə göstərən abituriyent heç bir ixtisas üzrə ali məktəblərə qəbul edilməməlidir: "Bütün ixtisaslar üzrə minimum keçid balı isə ixtisasların mürəkkəbliyindən, iqtisadiyyat üçün faydalılığından asılı olaraq 280 baldan yüksək olmaq şərtilə müəyyən edilə bilər. Məsələn, hər abituryent bilməlidir ki, hansı regionda, hansı universitetdə olmasından asılı olmayaraq, riyaziyyat müəllimi olmaq istəyirsə, 400-dən aşağı bal toplamamalıdır".
 

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

 

Rövşən Ağayevin daha bir təklif isə ödənişli ali təhsillə bağlıdır. Onun sözlərinə görə, hazırda Azərbaycanda dövlətin ali təhsil xərclərinin ÜDM-də payı təxminən 0.3 faiz ətrafındadı. Halbuki dünyanın qabaqcıl ölkələrində həmin göstərici 1-2 faiz intervalında dəyişir: "Bu gün Azərbaycanda dövlət ali məktəblərində oxuyanların 76-77 faizi ödənişli təhsil alır. Yoxsulluğun real miqyasının yüksək olduğu ölkədə hökumət bütün insanların ali təhsilə əlçatanlığını artırmaq üçün ali təhsil xərclərini artırmalıdır. Bunun üçün hökumət belə bir hədəf müəyyən edə bilər: maksimum balın (700 bal) məsələn, 3/2-sindən (450 bal) yüksək bal toplayan bütün abituryentlərin xərclərini dövlət qarşılayacaq". 
 

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

 

Ekspert bildirir ki, Təhsil Nazirliyi tələbələrin sayını artırmaq istəyirsə, bu təklif də stimullaşdırıcı mexanizm ola bilər.
Məqalə Göndər








Загрузка...