Xəbərlər
22 fevral 2017
1123

ADNSU-da Elmi Şuranın iclası keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ADNSU-da Elmi Şuranın iclası keçirilib

 

Fevralın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın iclası keçirilib. İclası açıq elan edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlərə keçməzdən əvvəl AMEA-nın həqiqi üzvü, ADNSU-nun BA (MBA, BBA, ZU) Proqramlarının direktoru, professor Rafiq Əliyevi 75 illik yubileyi münasibətilə təbrik edib, ona həyat və fəaliyyətində müvəffəqiyyət arzulayıb. Bu cür diqqətə görə, rektor M.Babanlı başda olmaqla Elmi Şura üzvlərinə təşəkkürünü bildirən prof. R.Əliyev bundan sonra da universitetin uğurları üçün əlindən gələni edəcəyini söyləyib.
 

ADNSU-da Elmi Şuranın iclası keçirilib

 

İclasda tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov ADNSU-da 2016/2017-ci tədris ilində qış imthan sessiyasının yekunları barədə Elmi Şura üzvlərinə geniş məlumat verib, ayrı-ayrı fakültələrin müvəfəqiyyət göstəricilərini və digər statistik məlumatları diqqətə çatdırıb.
 
Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun (SMİİYİ) direktoru, dosent Hamlet Hüseynov "Yüksəkixtisaslı kadrların hazırlanmasının vəziyyəti haqqında” hesabat verib, dərs və imtahan prosesi barədə danışıb.
 
Kimya-texnologiya fakültəsinin (KTF) dekanı, dosent Fəttah Həşimov illik hesabat verərək fakültədə son bir ildə həyata keçirilən yenilikləri Şura üzvlərinin diqqətinə çatdırıb, KTF-də 2016/2017-ci tədris ilinin qış imthan sessiyasının nəticələri barədə çıxış edib.
 
Elmi Şuranın iclasında həmçinin bakalavr səviyyəsində təhsil alan III və IV kurs tələbələrinin ilboyu Gündəlik təcrübələrinin təşkil edilməsi, dərslərin əvəz edilməsi və ixtisas artırma ilə bağlı sənədləşmə, "ADNSU-nun əməkdar professoru” fəxri adının verilməsi barədə əsasnamənin müzakirəsi və başqa məsələlər müzakirə olunub.
 
moderator.az









Whatsapp'ta Paylaş

Загрузка...
loading...