Xəbərlər
23 fevral 2017
4 430


Ağstafada 2 saylı tam orta məktəbdə “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

Ağstafada 2 saylı tam orta məktəbdə  “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

 

Ağstafa şəhər 2 saylı tam orta məktəbdə Xocalı soyqırımınin 25-ci il dönümü ilə əlaqədar "Xocalı adlı şəhidim” adlı tədbir keçirilib.Tədbirdə Ağstafa Rayon Təhsil Şöbəsinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi hərbiçi valideynlər və şagirdlər iştirak edib.
 

Ağstafada 2 saylı tam orta məktəbdə  “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Ağstafada 2 saylı tam orta məktəbdə  “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

 

Şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeir, musiqi və səhnəciklər nümayiş etdirilib. Xocalı həqiqətlərindən bəhs edən videoçarx izlənilib.
 

Ağstafada 2 saylı tam orta məktəbdə  “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

 

Məktəbin direktoru Vəfa Tağıyeva, Ağstafa Rayon Təhsil Şöbəsinin metodkabinet müdiri İmran Nəsibov, məktəbin müəllimləri və hərbiçi valideynlər Xocalı soyqırımının dəhşətlərindən, xalqımızın başına gələn müsibətlərdən danışıblar.
 
Tədbirin keçirilməsində məqsəd, şagirdlərə tariximizi, qan yaddaşımızı aşılamaq, vətənpərvərlik hisslərini oyatmaq, Xocalı hadisələri barədə daha dolğun məlumat formalaşdırmaqdan ibarətdir. 
 
aztehsil.com
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)






Загрузка...