Xəbərlər
23 fevral 2017
3 058


ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

 

Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev məktəbinin lektoriyasında Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının "Pedaqoqlar” ilk ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib. İclasda ADPU-nun rəhbərliyi, YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev və ilk ərazi partiya təşkilatının üzvləri iştirak ediblər. Tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.
 
İclası giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu gün universitetimizin həyatında əlamətdar bir gündür. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Sədri olduğu YAP ölkəmizin aparıcı siyası qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır. 700 minə yaxın üzvü olan YAP böyük və şərəfli inkişaf yolu keçib. Bu partiya Azərbaycanı hərc-mərclikdən, böhrandan, tənəzzüldən xilas edərək sürətli inkişafa aparıb. Cəmiyyətimizin avanqard qüvvəsi olan YAP-ın üzvləri kimi bizim üzərimizə mühüm vəzifələr düşür. Biz ADPU-nun müasir tələblərə uyğun şəkildə fəaliyyətini təmin etmək üçün əzmlə çalışmalı, təhsilin keyfiyyətini yaxşılaşdırmalıyıq. Bütövlükdə yüksək təhsilli insanlar cəmiyyəti irəli aparır, inkişaf etdirir. Müasir dövr bilik və bacarqlara olan tələbatı daha da artırıb. ADPU ölkəmizin məktəblərini dərin biliyə, geniş dünyagörüşünə, mill-mənəvi dəyərlərimizə bağlı olan mütəxəssislərlə təmin etməlidir. Ölkə rəhbərliyi bu mühüm, şərəfli və məsuliyyətli vəzifəni bizim qarşımıza qoyub.
 

ADPU-da hesabat-seçki iclası keçirilib

 

Rektor qeyd edib ki, təhsilimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr müavini, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi xalqımızın həyatında böyük və mühüm hadisədir. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi həyatımızın bütün sahələrində, o cümlədən təhsil sahəsində həyata keçirilən islahatların sürətlənməsinə, böyük miqyas almasına, dövlətçiliyimizin daha da gücləndirilməsinə xidmət edəcək. Rektor universitetin kollektivi adından Mehriban xanım Əliyevanı bu təyinat münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. 
 

ADPU-da hesabat-seçki iclası keçirilib

 

İclasda YAP-ın Səbail rayon təşkilatının "Pedaqoqlar” ilk ərazi partiya təşkilatının sədri, professor Himalay Qasımov təşkilatın 2015-2016-ci illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib. Professor H.Qasımov hesabat dövründə görülən işlər, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı danışıb. Bildirib ki, YAP qısa bir müddət ərzində öz sıralarını xeyli genişləndirib, ümumxalq partiyası kimi məşhurlaşıb. YAP güclü və mütəşəkkil siyasi partiya olaraq Azərbaycanın strateji hədəflərinin müəyyən olunmasında, ölkəmizin dünya miqyasında tanınmasında dövlətimizin mühüm dayağına çevrilib. "Pedaqoqlar” ilk ərazi partiya təşkilatı YAP-ın fəal təşkilatlarından biridir. Hazırda təşkilatın 1000 nəfər üzvü var. Tələbə-gənclərimiz ürəklərinin səsi ilə, böyük inam və həvəslə YAP-ın sıralarına daxil olurlar. Ulu öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi kimi, "YAP bu günün, sabahın və gələcəyin partiyasıdır”. 
 

ADPU-da hesabat-seçki iclası keçirilib

 

İclasda çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev "Pedaqoqlar” ilk ərazi partiya təşkilatının fəaliyyətini yüksək qiymətləndirib və təşkilat üzvlərinə yeni uğurlar arzulayıb. 
Tədbirdə professor Vilayət Əliyev, professor Buludxan Xəlilov, professor Ədalət Fərəcov çıxış edərək hesabatı qənaətbəxş qiymətləndiriblər. 
İclasda təşkilatın sədri və sədr müavinləri, İdarə Heyətinin üzvləri, Səbail rayon təşkilatının XI konfransına nümayəndələr, həmçinin Nəzarət-Təftiş Komissiyasının sədri seçilib.
 
İclasda partiyaya yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Məqalə Göndər








Загрузка...