Xəbərlər
23 fevral 2017
2 786


Təhsil Nazirliyindən “8 Mart”la bağlı - Xəbərdarlıq

Təhsil Nazirliyindən “8 Mart”la bağlı - Xəbərdarlıq

 Hər il olduğu kimi bu il də Təhsil Nazirliyi "8 Mart Beynəlxalq Qadınlar Günü” ərəfəsində məktəblərdə şagirdlərdən pul yığmaq məsələsi ilə bağlı xəbərdarlıq edib.

 

Aztehsil.com xəbər verir ki, "Qafqazinfo”nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrində şagirdlərdən hər hansı bir vəsaitin tələb olunması qəti qadağandır.

 

Əgər belə fakt olsa, vətəndaşlardan Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur.

Məqalə Göndər








Загрузка...