Xəbərlər
24 fevral 2017
3 635


Şabranda "Xocalı faciəsi gənclərin gözü ilə" inşa yazı müsabiqəsinin qalibləri açıqlanıb

Şabranda "Xocalı faciəsi gənclərin gözü ilə" inşa yazı müsabiqəsinin qalibləri açıqlanıb

 

Fevralın 24-də "Xocalı faciəsi gənclərin gözü ilə” inşa-yazı müsabiqəsinin qalibləri elan olunub.
 
Müsabiqə Şabran  Rayon Gənclər və İdman  İdarəsinin təşkilatçılığı ilə 10-20 fevral tarixlərdə rayon ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında keçirilib.
 
13 tam orta məktəbindən müsabiqəyə təqdim olunan 37 yazı işi Münsiflər Heyəti tərəfindən qiymətləndirilib. Belə ki, şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Səma Əliyeva I yerə, şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Fatimə İsmayılova II yerə, Gəndov kənd tam orta məktəbin şagirdi Günay Qurbanova və Ağbaş kənd tam orta məktəbin şagirdi Hökümə Ağalıyeva III yerə layiq görülərək Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif ediliblər.
 

Şabranda "Xocalı faciəsi gənclərin gözü ilə" inşa yazı müsabiqəsinin qalibləri açıqlanıb

 

Bundan əlavə, Şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Şəfa Tacıyeva, Pirəmsən kənd tam orta məktəbin şagirdi Sitarə Əmrəhmədova, Pirəbədil kənd tam orta məktəbin şagirdi Rauf Axundov və Şahnəzərli kənd tam orta məktəbin şagirdi Aidə Hüseynovanın yazı işləri bəyənilərək həvəsləndirici fəxri fərmanlarla təltif olunublar.
 
aztehsil.com
Gülər Hüseynova(Şabran təhil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)






Загрузка...