Xəbərlər
25 fevral 2017
2 992


Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto

Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto

 

Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində "ASAN School” könüllülük məktəbi çərçivəsində "İnnovativ idarəetmə” layihəsi üzrə görüş olub.
 
200-dən çox ASAN könüllüsünün iştirak etdiyi görüşdə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb və qeyd edib ki, uğur qazanmaq üçün hər bir gənc davamlı olaraq çalışmalı, bilik və bacarığını inkişaf etdirməlidir.
 

Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto

 

Gəncləri vətənpərvərliyə, təhsildə yüksək nailiyyətlər əldə etməyə çağıran B. Aslanbəyli onlara uğurlar arzulayıb. Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.
 

Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto

 

Qeyd edək ki, 2015-ci ildən başlanan müvafiq layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edirlər.
 
azərtac
Məqalə Göndər








Загрузка...