Xəbərlər
03 mart 2017
6 240


Təmayül siniflərin yaradılması ilə bağlı iclas keçirilib

Təmayül siniflərin yaradılması ilə bağlı iclas keçirilib

 

Martın 2-də Ağstafa Rayon Təhsil Şöbəsində iclas keçirilib. İclasda Təhsil Nazirliyinin ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Aydın Rəhimov, Təhsil Şöbəsinin məsul şəxsləri və rayoun məktəb direktorları iştirak edib.
 
İclasın əsas mövzusu təmayül məktəblər olub. 2017-2018-ci tədris ilində tam orta təhsilin təmayüllərlə təşkil olunacağı məktəblərin zonalar üzrə direktorları ilə müzakirələr aparılıb. 
 

Təmayül siniflərin yaradılması ilə bağlı iclas keçirilib

 

Aydın Rəhimov təmayül məktəblər təşkil edilərkən əsas meyarların bu siniflərin təşkil ediləcəyi məktəblər və bu məktəblərlə digər məktəblərin arasındakı məsafələr, şagirdlərin bilik səviyyələri, daha təcrübəli müəllimlərin bu məktəblərdə tədris aparmasını qeyd edib.
 

Təmayül siniflərin yaradılması ilə bağlı iclas keçirilib

 

İclasda məktəb direktorlarını maraqlandıran məsələlərlə bağlı suallar ətraflı müzakirə edilib və cavablandırılıb.
 
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...