Xəbərlər
30 mart 2017
2 914


“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi başa catıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi başa catıb

 

Martın 29-da başlanan və Balakən Rayon Təhsil Şöbəsində keçirilən "Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi bu gün başa çatıb.
 
Məlumat üçün bildirək ki, müsabiqə dövlət xadimi və siyasətçi Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunub. Müsabiqənin seçim turunda təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, Ulu öndər H. Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun məlumat verməsi əsas amillərdən hesab olunur.
 
Seçim turunun qalibi Balakən şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Aytəkin Alqayeva olub və aprel ayında Bakıda keçiriləcək ölkə mərhələsində iştirak edəcək.
 
Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...