Xəbərlər
02 aprel 2017
4 306


"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

 

Aztehsil.com xəbər verir ki, Xəzər rayonu, Fuad Fərhadoğlu adına 230 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Sevinc Səfərova 2 aprel "Beynəlxalq  Uşaq    Kitabı"  günü münasibətilə tədbir təşkil edib. Bu  günün  qeyd   olunmasının  maraqlı  tarixi  var. Bu  gün  münasıbəti ilə  şagirdlərlə birgə  tədbir təşkil etdik. Sinifdənxaric  oxu  dərsində  uşaqlara   maraqlı  məlumatlar  verildi. Dərs  məktəbin  kitabxanasının oxu  zalında  baş tutdu. Uşaqlara  Azərbaycan  xalq  nağılları  haqqında   məlumatlar  verildi. Bu  nağılların  xalqın  dilindən  deyilərək yazıya  çevrilməsini öyrəndilər.
 

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

 

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

 

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

 

Dünya  uşaq  ədəbiyyatına  aid  olan  kitablarla  uşaqları  tanış oldu. Şagirdlər hərəsi   bir  kitab  götürərək  oxu  zalında  tapşırığa əsasən  bir  səhifə  oxudular. Oxuduqları   səhifəni  maraqla  yoldaşlarına  nağıl  etdilər. Oxuduqları  nağılın  sonunun  necə bitəcəyi onlarda  maraq  oyatdı. Əsas məqsədim uşaqların intellektual  inkişafında  kitabın rolunu  artırmaq, kitaba  sevgi  aşılamaq  idi. Dərsin sonunda  şagirdlər  oxuduqları  əsərlərdə  olan  sevimli  qəhrəmanlarının  şəkillərindən  ibarət  rəsm  sərgisi  təşkil  etdilər.
 

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

 

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

 

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

 

Ümumiyyətlə   "4ç"  sinif  şagirdləri  ilə  tez-tez  mütaliə  vərdişlərinin  formalaşdırması  məqsədi  ilə  belə  dərslər  və tədbirlər   təşkil olunur.
 

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

 

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

Məqalə Göndər








Загрузка...