Xəbərlər
03 aprel 2017
3 427


DİM: Ali və orta ixtisas təhsili müəssisələrinə 56 mindən çox abituriyent sənəd verib

DİM: Ali və orta ixtisas təhsili müəssisələrinə 56 mindən çox abituriyent sənəd verib

 

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.
 
Aztehsil.com-un məlumatına görə, Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu aprelin 10-dək davam edəcək. Saat 14:15-ə olan məlumata əsasən, I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən 56200 nəfər elektron ərizəsini təsdiq edib. Aprelin 10-dək elektron ərizəsinin  təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.
 
Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə aprelin 4-dək davam edəcək. Saat 14:15-ə olan məlumata əsasən, 14000 nəfər elektron ərizəsini təsdiq edib.
 
Qeyd olunan tarixə qədər elektron ərizəsinin  təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.
Məqalə Göndər








Загрузка...