Xəbərlər
04 aprel 2017
2 098


"School is fun" adlı maarifləndirici seminar keçirilib

"School is fun" adlı maarifləndirici seminar keçirilib

 

Göygöl rayon 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimləri üçün "School is fun” adlı maarifləndirici seminar keçirilib.
 
20-dən çox müəllimin iştirak etdiyi seminarda qrup işlərinin təşkili, motivasiya, şagird nailiyyətlərinin qiymətləndirilməsi, öyrədici mühitin yaradılması mövzuları müzakirə olunub.
 

"School is fun" adlı maarifləndirici seminar keçirilib

 

"School is fun" adlı maarifləndirici seminar keçirilib

 

Qarşılıqlı fikir mübadiləsi əsasında keçən seminarda dərs müddətində istifadə edilə biləcək oyunlar, ingilis dili fənninin daha yaxşı öyrədilməsi yolları,  qeyri-formal təhsilin metodları, ehtiyaca görə öyrətmə mövzuları barədə təlimçi tərəfindən izahatlar aparılıb fərqli səpkidə oyunlar təşkil olunub.
 

"School is fun" adlı maarifləndirici seminar keçirilib

 

Seminarda müxtəlif təlim və tədris üsulları müzakirə olunub, müəllimləri maraqlandıran suallar təlimçi tərəfində cavablandırılıb. Eyni zamanda mövzuya aid praktik tapşırıqların həlli aparılıb.
 

"School is fun" adlı maarifləndirici seminar keçirilib

 

Raminə Məmmədova(Göygöı təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...