Xəbərlər
04 aprel 2017
3 006


Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi" verilir

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi" verilir

 

2017/2018-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına test imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi"nin verilməsini başlanıb.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bunun üçün bakalavrlar "Baka­lavrın imtahana buraxılış və­rəqəsi"ni eservices.dim.gov.az/erizemag/brxvmag internet səhi­fəsinə daxil olaraq çap edib götürməli, imtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış və­rəqəsini (hər mərhələ üçün ayrıсa) və şəxsiyyətlərini təsdiq edən sənədi imtahana hökmən gətir­məlidirlər. Magistratura imtahanın birinci mərhələsi aprelin 9-da Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhər­lərində keçiriləcək. İmtahanda bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50 (o cümlədən, açıq formalı 5), informatika üzrə 25 (o cümlə­dən, açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunacaq. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
 
Birinci mərhələdə 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.
 
Qeyd edək ki, bu il Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 13080 nəfər ərizəsini təsdiq edib ki, onlardan 11816-sı Azərbaycan, 1264-ü isə Rus dili bölməsinin məzunudur.
Məqalə Göndər








Загрузка...