Xəbərlər
04 aprel 2017
2 956


Saatlıda Ümumrespublika forumu üçün seçilən uşaqlarla görüş keçirilib

Saatlıda Ümumrespublika forumu üçün seçilən uşaqlarla görüş keçirilib

 

Aprelin 4-də Saatlı şəhər 4 nömrəli orta məktəbdə Ailə, Qadın Və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Uşaqlarının IV Ümumrespublika Forumda iştirak edəcək şagirdlərin seçilməsi məqsədi ilə komitə tərəfindən regional görüş keçirilib. Görüşdə Komitənin nümayəndələri, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın Multimedia şöbəsinin müxbiri Lamiyə Mustafayeva, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Reyhan Ocaqova, Saatlı şəhər 4 nömrəli orta məktəbin direktoru Təranə Babayeva və Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Beyləqan rayonlarının seçilmiş komandaları iştirak edib. Hər komanda 5 şagirddən ibarət olub.
 

Saatlıda Ümumrespublika forumu üçün seçilən uşaqlarla görüş keçirilib

 

Reyhan Ocaqova çıxış edərək tədbiri açıq elan edib. Sonra Uşaq Problemləri Şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev çıxış edərək Komitə haqqında geniş məlumat verib. Həmçinin şagirdlər üçün AZƏRTAC-ın fəaliyyətini özündə əks etdirən qısa marifləndirici film nümayiş olunub.
 
Daha sonra Uşaq Problemləri Şöbəsinin aparıcı məsləhətçisi Fərid Əbilovun rəhbərliyi ilə "Qələbəyə doğru" intellektual yarışmaya  start verilib. Finalda Sabirabad və Hacıqabul rayon komandaları yarışıb və Sabirabad rayon komandası rəqibinə üstün gələrək yarışmanın qalibi olub. Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda da regionu Sabirabad rayonunun komandası təmsil edəcək. Forumun final mərhələsi Bakı şəhərində keçiriləcəkdir. Hər bir şəhər və rayonu təmsil edən komandada dünya görüşü və intellektual səviyyəsi yüksək olan 5 nəfər məktəbli iştirak edəcək. Final yarışında I, II, III yerin qalibləri olan komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
 

Saatlıda Ümumrespublika forumu üçün seçilən uşaqlarla görüş keçirilib

 

Qeyd edək ki, Ailə, Qadın Və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu və UNİCEF-lə birgə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanını yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədi ilə 2009-cu ildə Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunu keçirilib.
 
Forumlar ölkə üzrə bütün şəhər və rayonları təmsil edən uşaqların iştirakı ilə keçirilib. Ötən müddət ərzində Forumlarda iştirak edən uşaqlar tərəfindən səsləndirilən bütün təkliflər hökumət tərəfindən hazırlanan müxtəlif proqramlarda öz əksini tapıb. Forum həm də əsas verir ki,  hər bir uşaq onu düşündürən, narahat edən məsələləri dilə gətirsin, problemlərin birgə həlli yollarını araşdırsın. Məhz bu Forumlar uşaqların öz bacarıqlarını nümayiş etdirmək üçün bir vasitəyə çevrilib. Həmçinin Forum uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.
 

Saatlıda Ümumrespublika forumu üçün seçilən uşaqlarla görüş keçirilib

 

Forumda həmçinin xüsusi istedadı olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, sağlamlıq imkanları məhdud , digər millətlərdən olan, valideyn himayəsindən  məhrum olmuş, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların iştirakı da nəzərdə tutulur.
 
Xalid Nəciyev(Saatlı-Sabirabad təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...