Xəbərlər
05 aprel 2017
4 026


ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsində Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə fakültənin dekanı, fizika üzrə fəlsəfə doktoru Arzu Daşdəmirov açmışdır. 
 

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

 

O, çıxışında qeyd etmişdir ki, 2-5 aprel 2016-cı ildə Azərbaycan Ordusu erməni hərbi qüvvələrinin müdafiə xəttini yarıb, bir neçə strateji yüksəklik və yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirmişdir. Qeyd edək ki, bu, atəşkəs elan olunandan 22 il sonra ilk dəfə baş vermiş ən böyük döyüşdür və ordumuzun zəfəri ilə nəticələnmişdir. 
 

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

 

Sonra ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri, tarix üzrə fəlsəfə doktoru Vurğun Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri haqqında danışmışdır. Fakültənin I kurs tələbəsi Aysel Əhmədova Aprel döyüşləri haqqında qısa məlumat vermişdir. Sonra tədbirdə Çingiz Mustafayevin "Şəhid arzuları” mahnısı ifa olunmuşdur.
 

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

 

Fakültənin I kurs tələbəsi Aytaş Əliyeva "Şəhid anası” şeirini söyləmiş, aprel döyüşlərində həlak olan şəhidlərin həyatı haqqında məlumat verilmişdir. Tədbirdə Aprel döyüşləri haqqında videoçarx göstərilmiş və fakültə Tələbə Həmkarlar Təşkilatının sədri Nərmin Babayeva Aprel döyüşləri haqqında öz fikirlərini bölüşmüşdür.
 

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

 

Sonda fakültənin dekanı A.Daşdəmirov tədbiri yekunlaşdıraraq tədbirin ərsəyə gəlməsində rolu olan tələbələrə öz təşəkkürünü bildirmişdir.
Məqalə Göndər








Загрузка...