Xəbərlər
05 aprel 2017
5 132


ADPU-də Respublika Elmi Konfransı keçirilib

ADPU-də Respublika Elmi Konfransı keçirilib

 

Aprelin 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) tələbələri Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin təşkilatçılığı ilə universitetdə keçirilən "Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və magistrantların Respublika Elmi Konfransında iştirak ediblər.
 
Elmi konfransı giriş sözü ilə BSU-nun rektoru, professor Nurlana Əliyeva açdı. Rektor qonaqları salamladıqdan sonra tərcümənin əhəmiyyəti, tarixdə iz qoyan tərcüməçilərimiz haqqında geniş məlumat verdi. Çıxışının sonunda bir daha bu elmi konfransın vacibliyini vurğuladı və konfrans iştirakçılarına uğurlar arzuladı.
 

ADPU-də Respublika Elmi Konfransı keçirilib

 

Sonra söz universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzova verildi. Prorektor R.Novruzov konfransın gedişi və keçirilməsi ilə bağlı auditoriyaya geniş məlumat verdi. 
 
Konfransın plenar iclası tələbələrin çıxışları ilə davam etdi. İlk olaraq Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Aynur Mustafayeva "Cəlil Məmmədquluzadə Həmidə Cavanşirin xatirələrində” mövzusu ilə çıxış etdi. M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının tələbəsi Bəhruz Səmədovun məruzəsi də maraqla dillənildi. Plenar iclas Fatimə Zeynalovanın (BSU) və Xanım Əmiraslanovanın (GDU) çıxışları ilə davam etdi.
 

ADPU-də Respublika Elmi Konfransı keçirilib

 

Sonra konfrans işini bölmələrdə davam etdirdi.
Sonda yekun sözü ilə çıxış edən rektor ən maraqlı məruzə müəlliflərinə diplom və sertifikatlar təqdim etdi. Qeyd edək ki, ADPK-nin 7 tələbəsi-Dilbər Babayeva, Zərxanım Kamalova, Aygün Şahlıyeva, Salatın Pəncəlizadə, Səbinə Vahabova, Qətibə Hüseynova və Amalya Qəmbərova sertifikata layiq görüldüər.
Məqalə Göndər








Загрузка...