Xəbərlər
05 aprel 2017
2 734
ADU tələbələri istehsalat təcrübəsinə yollanırlar
Aprelin 5-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə, Filologiya və jurnalistika, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültələrinin 2016-2017-ci tədris ilində bakalavr ali təhsil pilləsində təhsillərini başa vuran tələbələrinin istehsalat təcrübəsinə yollanmasına həsr olunan konfrans keçirilib.
ADU-nun Təcrübə, professional inkişaf və karyera mərkəzinin direktoru Məmməd İsmayılov istehsalat təcrübəsinin mahiyyəti haqqında ümumi məlumat verərək onun tələbələrin biliklərinin zənginləşdirilməsi, gələcəkdə karyeralarının formalaşması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. M.İsmayılov təcrübədə Tərcümə fakültəsi üzrə 126 tələbə, 29 rəhbər, Filologiya və jurnalistika fakültəsi üzrə 114 tələbə, 13 rəhbər, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsi üzrə isə 206 tələbə, 47 rəhbərin iştirak edəcəyini qeyd edib. O, eyni zamanda təcrübənin müddəti, təşkili, keçiriləcəyi məkanlar, təcrübəçi və onun rəhbərinin vəzifələri, davamiyyət və fəaliyyət ballarının hesablanması haqqında təqdimatla çıxış edib.
Konfransda iştirak edən fakültə dekanları tələbələrə təhsillərini uğurla başa vurmaqları münasibəti ilə təbriklərini çatdırıblar. Onlar istehsalat təcrübəsinin tələbələrə universitetdə əldə etdikləri bilikləri praktiki olaraq tətbiq etmək imkanı yaratdığını qeyd edərək bu imkandan səmərəli istifadə etməyi tövsiyə ediblər.
Konfrans təkliflərin dinlənilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, istehsalat təcrübəsi 2016-2017-ci tədris ili üçün 06.04.2017-ci il tarixindən 01.06.2017-ci il tarixinədək 8 həftə ərzində davam edəcək.
moderator.az
Загрузка...
Həmçinin oxuyun:
ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar
Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu
Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr edilmiş konfrans keçirilib
ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi
Qərb Universitetinin tələbələri üçün iş imkanı
ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib
ADU-da Şahin İsmayılovla görüş keçirilib
Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə
Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir
ADU-da yeni təyinatlar olub
“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”
ADU-da yeni fakültə yaradıldı