Xəbərlər
06 aprel 2017
3 547


“Lidiçe 2017 - 45-ci Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisi”ndə Nəsimi Qarayev adlı şagirdimiz iştirak edəcək

“Lidiçe 2017 - 45-ci Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisi”ndə Nəsimi Qarayev adlı şagirdimiz iştirak edəcək

 

Çexiyada təşkil olunan "Lidiçe 2017 - 45-ci Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisi”ndə Nəsimi Qarayev adlı şagirdimiz iştirak edəcək.
 
Nəsimi, Talalar kənd 2 nömrəli tam orta məktəbin IX sinfində təhsil alır. O, rayonda keçirilmiş bir neçə rəsm müsabiqəsində nailiyyətlər qazanıb.
 
Məlumat üçün bildirək ki, sözügedən sərgi 1967-ci ildən etibarən Çexiyanın Lidiçe kəndində fasiştlər tərəfindən qətlə yetirilmiş uşaqların, habelə müharibələrdə həlak olan bütün uşaqların xatirəsini yad etmək məqsədi ilə təşkil olunur. Müsabiqədə 4-16 yaşında uşaqlar iştirak edə bilər, əlil iştirakçılar üçün isə yaş məhdudiyyəti qoyulmur.
 

“Lidiçe 2017 - 45-ci Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisi”ndə Nəsimi Qarayev adlı şagirdimiz iştirak edəcək

 

2017-ci ildə Xocalı faciəsindən 25 il ötdüyü nəzərə alaraq şagirdimiz Azərbaycanı, Dağlıq Qarabağ probleminə-Xocalı faciəsinə həsr olunmuş əsərlə təmsil edəcək.
 
Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...