Xəbərlər
06 aprel 2017
1553

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

 

2017/2018-ci tədris ili üçün Bakı Ali Neft Məktəbinin (BANM)  "Neft-qaz mühəndisliyi” ixtisasının "Yatağın qiymətləndirilməsi və idarə olunması” ixtisaslaşması, "Kimya mühəndisliyi” ixtisasının isə "Neft və qaz texnologiyası” ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul elan edilib.


Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bunu BANM-in rektoru Elmar Qasımov deyib, Birinci ixtisas üzrə 10, ikinci ixtisas üzrə 11 bakalavrın qəbulu nəzərdə tutulub. İxtisaslaşmalar üzrə mütəxəssis hazırlığı ilk dəfə olaraq yalnız BANM-də Böyük Britaniyanın Heriot- vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında iki diplom layihəsi çərçivəsində həyata keçiriləcək, məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək. 
 
BANM-də magistratura səviyyəsində təhsil ödənişsiz olaraq dövlət sifarişi əsasında həyata keçiriləcək. Magistraturada təhsil müddəti 1,5 il olaraq magistr dissertasiyasının müdafiəsi ilə başa çatacaq, məzunlara elm üzrə magistr dərəcəsi veriləcək.
 
Təhsil ingilis dilindədir, bakalavrlar Dövlət İmtahan Mərkəzinin BANM-də sözügedən ixtisas üzrə bakalavriat səviyyəsində tədris edilən peşə və ixtisas fənlərinin məzmunu əsasında tərtib olunmuş proqram üzrə təşkil edəcəyi test imtahanlarını verməlidirlər. Təhsil pulsuzdur. 




Whatsapp'ta Paylaş



Загрузка...
loading...