Xəbərlər
11 aprel 2017
4 425


İbtidai təhsil fakültəsinin əməkdaşları 47 nömrəli tam orta məktəbdə olublar

İbtidai təhsil fakültəsinin əməkdaşları 47 nömrəli tam orta məktəbdə olublar

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ənənəvi olaraq hər il Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin son sinif şagirdləri üçün "Açıq qapı günləri” keçirilir. Bu məqsədlə İbtidai təhsil fakültəsinin professor-müəllim heyəti ayrı-ayrı ümumtəhsil məktəblərində olur, fakültənin tarixi, "İbtidai sinif müəllimliyi” ixtisasının spesifik xüsusiyyətləri, qarşıda duran hədəflər, istinad edilən dəyər və prinsiplər, fakültənin strukturu, kadr potensialı, məzunlar, pedaqoji əlaqələr, tədrisin təşkili haqqında ətraflı məlumat verirlər. Bu günlərdə fakültə əməkdaşlarının Nəsimi rayonundakı 47 nömrəli tam orta məktəbdə son sinif şagirdləri ilə görüşü keçirilib. Məktəbin direktoru Aytən Bağırova universitet-məktəb əlaqələrindən danışıb, bu əlaqələrin genişlənməsi üçün müvafiq təkliflərlə çıxış edib. Dekan müavinləri, dosent Afət Həsənova və dosent Zahir Kazımov fakültədə tədrisin təşkili ilə bağlı ətraflı məlumat verərək "İbtidai sinif müəllimliyi” ixtisasının standartları haqqında danışıblar.
 
Sonda şagirdlərin sualları cavablandırılıb.
Məqalə Göndər








Загрузка...