Xəbərlər
12 aprel 2017
2 746


“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

 

Aprelin 11-də Balakən Rayon Təhsil Şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Humanitar və texniki təmayüllü liseydə "Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Balakən RİH başçısı Aparatının İctimai-siyasi  və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları – Elvin Qarayev, Sənan Hacıyev, liseyin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
 
Məktəb direktoru Şaban Abdullayev tədbiri giriş sözü ilə açaraq, dini radikalizm və onun fəsadları haqqında məlumat verib.
 

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

 

Tədbirdə çıxış edən Balakən RİH başçısı Aparatının İctimai-siyasi  və humanitar məsələlər şöbəsinin müdir muavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov bildirib ki, dini radikalizm ilk olaraq dünyəvi təhsilin əleyhinə yönəlib və savadsızlıqdan qidalanır. F.Nəcəfov vurğulayıb ki, qadınların cəmiyyətdəki mövqelərinin itirilməsi və dünyəvi təhsildən uzaqlaşdırılması radikalizmin ən böyük fəsadlarındandır.
 

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

 

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev tədbirdə çıxış edərək deyib ki, dini radikalizmin dağıdıcı təsiri cəmiyyətdə qarşıdurma yaratmağa və nifrət aşılamağa istiqamətlənib. Burada məqsəd dini siyasiləşdirərək həqiqi mənasından uzaqlaşdırmaq və dini etiqadı olan insanları beynəlxalq siyasi qüvvələr üçün alətə çevirməkdir. O söyləyib ki, biz ölkəmizi bu cür dağıdıcı təsirlərdən qorumaq üçün öz milli-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq.
 
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
 

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

 

Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...