Xəbərlər
12 aprel 2017
3 087


Bu universitetin əsas korpusu təmir ediləcək

Bu universitetin əsas korpusu təmir ediləcək

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azadlıq prospekti, 20 ünvanında yerləşən əsas tədris binasında təmir işlərinin aparılması ilə əlaqədar tender elan edilib.
 
Aztehsil.com trend-ə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
 
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
 
Tender proseduru "Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcək. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 may 2017-ci il saat 17:00-a qədər, tender təklifi və bank zəmanəti isə möhürlənmiş ikiqat zərfdə 24 may 2017-ci il saat 17:00-a qədər Nəsimi rayonu, Azadlıq prospekti, 20 ünvanında yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri 25 may 2017-ci il tarixdə, saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Məqalə Göndər








Загрузка...