Xəbərlər
14 aprel 2017
2 751


BANM-in tələbələri Səngəçal terminalında olublar

BANM-in tələbələri Səngəçal terminalında olublar

 

Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi” ixtisasının 3-cü kurs tələbələri Səngəçal terminalına səfər ediblər.
 
BANM-dən bildirilib ki, Səngəçal terminalına tələbələrin səfəri BANM-in BP-Azərbaycanla əməkdaşlığı nəticəsində baş tutub. Səfər zamanı tələbələr terminalın strukturu, tutumu və oradakı müasir avadanlıqlar, qabaqcıl texnologiyalarla tanış ola biliblər. Tələbələr mövcud iş şəraiti, texniki təhlükəsizlik, ətraf mühitin və sağlamlığın qorunması tədbirləri haqqında da məlumat alıblar.
 
Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində xüsusi əhəmiyyətə malik obyektlərdən biridir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub və genişləndirilmək imkanı var. Səngəçal terminalı təxminən 550 hektar bir ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminalın operatoru BP şirkətidir. Səfərin sonunda BANM-in tələbələrinə müxtəlif məlumatlandırıcı materiallar təqdim olunub və onları marağlandıran suallar cavablandırılıb.
 

BANM-in BP şirkəti ilə əməkdaşlığı çərçivəsində Ali Məktəbin tələbələri "ATA (Amec-Tekfen-Azfen) yard” sahəsində oldular və layihə üzrə işlərlə tanış olublar.
 
Xatırladaq ki, "ATA yard”-ın operatoru BP şirkətidir.
Məqalə Göndər








Загрузка...