Xəbərlər
14 aprel 2017
2 733


“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

 

Aprelin 14-də şəhər 2 saylı tam orta məktəbdə Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 86-cı il dönümünə həsr edilmiş "Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib. 
 
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Kərimova tərəfindən təşkil edilən tədbirdə Ağstafa Rayon Təhsil Şöbəsinin məsul əməkdaşları, yazıçılar birliyinin üzvləri, məktəbin pedaqoji kollektivi iştirak edib.
 

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

 

Tədbirin keçirilməsində məqsəd şagirdlərin mənəvi aləminin zənginləşməsi, dünyagörüşünün və bilik dairəsinin genişlənməsindən ibarətdir.
 
8-ci sinif şagirdləri Nəriman Həsənzadə yaradıcılığından bəhs edən səhnəciklər nümayiş etdirib, şeirlər səsləndiriblər. Şairin şeirlərinə bəstələnən musiqi nümunələri şagirdlər tərəfindən ifa edilib.  Eyni zamanda şagirdlər şairin Poylu qəsəbəsindəki evini ziyarət edikləri video və şairin müsahibəsi tədbir iştirakçılarına təqdim edilib.
 

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

 

Şairin qələm dostları Nəriman Həsənzadə ilə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
 
Sonda xatirə şəkli çəkilib.
 

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

 

“Şeirimizin Nərimanı” adlı bədii kompozisiya keçirilib

 

Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...