Xəbərlər
22 may 2016
9 137


Məktəb direktoru namizədlərinə sertifikatlar təqdim olundu

Məktəb direktoru namizədlərinə sertifikatlar təqdim olunduYeni məktəb direktoru namizədlərinə sertifikatlar təqdim olundu.20 may 2016-cı il tarixində Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə layihəsi olan "Məktəb direktorlarının hazırlığı kursu”nda iştirak edərək kursu müvəffəqiyyətlə başa vuran müdavimlərin sertifikatlarının təqdim olunma mərasimi keçirilmişdir. Qeyd edək ki, təlimlərdə iştirak etmək üçün namizədlər 3 mərhələdə seçilmişdir. Hər 3 mərhələni uğurla keçən namizədlər  11 yanvar tarixindən təlimlərə cəlb olunmuş və 180 saatlıq təlim kursu keçmişlər. Daha sonra müdavimlər ayrı-ayrı qabaqcıl məktəb və liseylərdə 1 aylıq təcrübəyə cəlb olunmuşlar. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji bilikləri olan, strateji düşüncə tərzi sərgiləyən ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları yetişdirməkdir.
 Məktəb direktoru namizədlərinə sertifikatlar təqdim olunduMəktəb direktoru namizədlərinə sertifikatlar təqdim olunduMəktəb direktoru namizədlərinə sertifikatlar təqdim olunduMəktəb direktoru namizədlərinə sertifikatlar təqdim olunduMəktəb direktoru namizədlərinə sertifikatlar təqdim olunduMəktəb direktoru namizədlərinə sertifikatlar təqdim olundu
Məqalə Göndər








Загрузка...