Xəbərlər
19 aprel 2017
2 982


Dövlət İmtahan Mərkəzi Ağstafa rayon Təhsil Şöbəsində seminar keçirib

Dövlət İmtahan Mərkəzi Ağstafa rayon Təhsil Şöbəsində seminar keçirib

 

Aprelin 19-da Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin rəyisi Nəsimi Məmmədov Ağstafa Rayon Təhsil Şöbəsində seminar keçirib. 
 
Seminarın keçirilməsində məqsəd IX-XI sinif şagirdlərini maarifləndirmək, qəbul qaydalarını izah etməkdən ibarət olub. Eyni zamanda Nəsimi Məmmədov mayın 4-dən 22-nə qədər cari ilin məzunları (XI sinif şagirdləri) və bu il eksternat qaydasında təhsil sənədi almaq məqsədilə müraciət etmiş məzunlar üçün ali məktəblərə ərizə qəbulu aparılması barəsində məlumat verib. IX sinif şagirdləri üçün isə onların ikinci imtahanı bitdikdən, yayda, topladıqları bal məlum olduqdan sonra seçim etmək üçün şərait yaradılacağını bildirib. 
 

Dövlət İmtahan Mərkəzi Ağstafa rayon Təhsil Şöbəsində seminar keçirib

 

Seminarda Təhsil Şöbəsinin məsul şəxsləri, məktəb direktorları, direktor müavinləri, rayonun ümümtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib.
 

Dövlət İmtahan Mərkəzi Ağstafa rayon Təhsil Şöbəsində seminar keçirib

 

Seminarın sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb. 
 
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)
Məqalə Göndər








Загрузка...